Azərbaycanca    |    English    |    Magyar    |    Deutsch    |    Български
2926 gün keçdi...
 
       
Ana səhifə  Ramil haqqında  Xəbərlər  Mövqe  Azərbaycan  Macarıstan  Erməni həqiqətləri  Keçidlər  Qonaq dəftəri
Faktlar
61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürdüyünün şahidi olmuşdur.


Erməni terroru!








İşğal
Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
20 % - (17.000 km2)

Elan

Şəhid Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesabı

Bank hesabı:
Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X

Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881


RamilSafarov.info saytı erməni dilinə tərcümə olunur. Tərcümədə köməklik göstərə biləcək tanışlarınız varsa əlaqə yaratmağınızı xahiş edirik. Anonimliyik tam qorunacaq üzdəniraqların dili olduğuna görə. Məqsəd erməni həqiqətlərini məhz ermənilərə çatdırmaqdır. info@ramilsafarov.info




Erməni həqiqətləri

Ermənistan - terrorçu "Xristian" ölkənin gizlinləri

"İyirminci əsr başlayandan bəri ermənilər Birləşmiş ştatlar və dünya xristianlarından milyardlarla dollar pul qoparmaq üçün saysız-hesabsız kompaniyalar aparmışlar. Birləşmiş ştatlarda türklərin azsaylı olması burada amerikan-erməni lobbiçilərinin əl-qolunu açmışdı. Heç kəs araşdırmamışdı ki, Ermənistan həqiqətən də iddia etdiyi kimi xristian ölkəsidir ya yox. Bu kitab ermənilərin guya müstəqil və azad ölkə qurması haqqındakı iddialarını alt-üst edir. Kitabda həm də özlərini xristian hesab edən ermənilərin əsl mahiyyəti açıqlanır." - bu fikirlər Samyuel A.Uimzin erməni həqiqətləri barədə yazdığı "Ermənistan-terrorçu "xristian" ölkənin gizlinləri" adlı kitabının ideyasına uyğundur.

Samyuel A.Uimz Arkanzas ştatının Hazen ərazisi üzrə hüquqşünas vəkil və hakimi olmuşdur. O, Arkanzas universitetinin qanunçuluq fakultəsində hüquq elmləri doktoru, alimlik dərəcəsi almışdır. Şəhər şurasında fəaliyyət göstərməklə yanaşı S.Uimz Arkanzas ştatının konstitusiyasını yenidən işləyən yüz nəfərlik müəlliflər heyətinə seçilmişdir. Çoxsaylı məqalələr müəllifi və gündəlik qəzetin köşə yazarı olmuş S.Uimz həm də əsl səyyahdır.Təkcə bu kitab üzərində işləyərkən materiallar toplamaq üçün o, London, Paris, Roma, Moskva, İstanbul və Vaşinqton şəhərlərində tədqiqat işləri aparıb. Müəllif "Ermənistan-terrorçu "xristian" ölkənin gizlinləri" kitabını ermənilərin böyük fırıldağı seriyasının birinci cildi kimi nəzərdə tutaraq 2003-cü ilin aprelində ABŞ-da çap etdirmiş, lakin kitabın işıq üzü görməsindən az sonra müəmmalı şəkildə qəflətən vəfat etmişdir.

Saytımızın bu müəllif və onun kitabı barədə araşdırmaları davam edəcək. İzləyin...

Mənbə: "Ulu Zəngəzur" qəzeti.

 

Erməni terrorçusu Soqomon Teyleryan tərəfindən 1921-ildə Berlində Türkiyənin dovlət xadimi Tələt paşanın qətlə yetirilməsinin nəticəsi

Erəmni terrorçusu Soqomon Teyleryan tərəfindən 1921-ci ildə Berlində Türkiyənin dövlət xadimi Tələt paşanın qətlə yetirilməsinin 85 illiyi münasibətilə İrəvanda təntənəli tədbirlər, aksiyalar keçirilib. Ermənilərin bu tədbirləri parlament partiyası olan "Daşnaksutyunun" rəhbərliyi altında reallaşdırılıb. Bu partiyanın nümayəndəsi, parlamentin xarici əlaqələr komissiyasının sədri Armen Rustamyanın sözlərinə görə "erməni xalqı öz tarixində ən gözəl və ədalətli qisas faktını qeyd etmişdir". 4 il əvvəl İrəvanda S.Teyleryana abidə qoyulmuşdu.

S.Teyleryanla R.Səfərovu müqayisə etmək çətindir, çünki S.Teyleryan teror təşkilatının üzvü olub, R.Səfərov isə NATO sistemində yüksək qiymətləndirilən zabitdir, bundan başqa S.Teyleryanın törətdiyi hadisə əvvəlcədən planlaşdırılmış olduğu halda R.Səfərov hadisə törədərkən affekt vəziyyətində olmuşdur, həm də S.Teyleryan Tələt Paşanı məhz türk olduğu üçün, R.Səfərov isə Q. Markaryanı məhz onun bayrağını və özünü təhqir etdiyi üçün qətlə yetirib.

Nəticələr isə çox maraqlıdır. S.Teyleryan bir neçə günlük məhkəmədən sonra bəraət alır, R.Səfərov isə ömürlük həbs cəzasına məhkum edilir. Bundan başqa S.Teyleryan və onun kimi digər 100-lərlə erməniyə "milli qəhrəman" adı verilir, abidələri qoyulur, hər il onların şərəfinə təntənəli tədbirlər keçirilir. Amma Ramilin yaxınlarının, həmyerlilərinin ona olan sevgisini, dəstəyini ermənilər "ağır cinayət" kimi təqdim edirlər. Bütün bunlara baxanda bir hadisəni xatırladım. İrəvanda "Milli vətəndaş təşəbbüsü" qurumu ictimai dinləmələr təşkil edib. Dinləmələr zamanı insan haqları üzrə müvəkkil Larisa Alaverdiyan çıxış etdi və bir maraqlı fakt üzərində dayandı. Onun dediklərinə görə, erməni parlamentində o, vaxtilə məruzə ilə çıxış edirmiş. Ondan soruşublar ki, ombudsmanın ən güclü silahı nədir. L.Alaverdiyan beynəlxalq praktikaya əsaslanaraq cavab verib ki: "abır həyanın ortaya qoyulması". Bu vaxt parlamentin vitse-spikeri Vaan Ovanesyan qəribə bir replika ilə çıxış edib: "Bizdə olmayan şeyi nə cür ortaya qoyacaqsınız?"

 

Faktlar

25 oktyabr 1981-ci ildə ASALA parisdə türk konsulluğuna 1 nəfər karaulun ölümü ilə nəticələnən hücumda təqsirləndirilən ASALA liderlərindən biri Monte Melkonyanın azad edilməsi və təşkilatın digər 4 nəfər üzvu ilə yaxşi raftar olunmasi tələbilə 15 partlayis törətdi və 1982-ci ilin yanvarında Melkonyan azadliga buraxıldi, ASALA-nın 4 nafar üzvünə isa çox yüngül cəzalar verildi.

Maraqlıdır, ermənilərin terror dilini anlayan və qəbul edən dünya bizim hüquq dilimizi niyə anlamır? Hətta ermənilər bu gun cəmiyyətdə Ramil ücün aparılan hüquq mücadiləsini "dünya qanunlarına zidd" hesab edirlər. Yoxsa dünya hüqüq çərçivəsi qanunları sizin terror dilinizdi "əziz qonşular"?. Əgər elədisə biz də bu dili qəbul etmirik. Dunyanın hüqüq və qanun prinsiplərinin aliliyinə inanaraq gerçək faktlar üzərində qurduğumuz müdafiə mücadiləsini sonunadək aparacağıq.Sonda ədalətin qalib gələcəyinə bütün qəlbimizlə inanırıq.

 

Terror yoxsa müqavimət?!

"Hər kəs buna terror deyir mən isə bunu müqavimət adlandırıram."- bunları Patrik Devecyan türk diplomatlarını qətlə yetirənlər barədə danışarkən deyib. O, Fransanın Antoni şəhərinin keçmiş meri olub. Bu gün o, Fransa parlamentinin deputatıdır. P.Devecyan Fransada türk diplomatlarını qətlə yetirən bir çox erməninin əsas vəkili olub. P.Devecyan onları terrorist deyil sadəcə "fəal" adlandırır. Və əlavə edir: "Mən inanıram ki bütün dünyada əksər ermənilər bu iş üçün çalışır." Onun üçün heç bir əhəmiyyət daşımır ki, bu insanlar "ASALA"ın üzvüdür yoxsa ədalət uğrunda döyüşənlər. O, etiraf edir ki, bir çox erməni siyasi partiyaları bu işdə böyük rol oynayıblar və gələcək savaşda da rol oynamalıdırlar. "Onlar sıfırdan başladılar və indi böyük inkişafa çatıblar. Nə olur olsun mən o gəncləri müdafiə edirəm çünki onlar erməni quruculardır",-deyə o rahatlıqla davam edir."Və bu bizim siyasi baxışlarımızdakı razılıqlardan daha önəmlidi. Mən vəkiləm, hakim deyiləm. Vəkilə heç də müdafiə etdiyi hər bir şeyə inanmaq lazım deyil. Bu onun işi deyil. Mən onları müdafiə edirəm çünki onlar mənə və bütün erməni xalqına milli ləyaqət hissini qaytarıblar. Mən bu gənclərin üsyanını cox gözəl başa düşürəm",-o fəxrlə qeyd edib.

P.S. Maraqlıdır, həm də çox! Böyük bir terror təşkilatının üzvləri olan, əvvəldən düşünülmüş, planlaşdırılmış aksiyalar törədən, qurbanlarını məhz türk olduqları üçün qətlə yetirən, tərcümeyi-halında "bir neçə dəfə həbs edilmiş" sözləri olan insanların hərəkətləri "terror" deyil, sadəcə "müqavimət" adlandırılır və bu adla ya bəraət alır, ya da aldığı ən yüksək cəza müddəti 15 il r\olur ki, ən yaxşı halda bu cəzanın 4 ya 5 ilini çəkir. Bu cür adla bəraət almış onlarla erməni terrorçusunun vəkili Patrik Devedeyan isə bu gün Fransada "kim desə ki, erməni soyqırımı olmayıb həbs edilsin!" savaşını açıb. Onun tərəfdaşları, sələfləri, həmyerliləri isə bir azərbaycanlı zabitini az qalsın ki, "dünya üçün təhlükəli terrorçü" damğası ilə ləkələyərək ona ən ağır cəzasının verilməsinə çalışsınlar və təəssüf ki, bu gün buna nail olublar. Onlar Ramili "Macarıstanda terrorun kökünü qoyan, toxumunu səpən şəxs" kimi təqdim edərək. Macar məhkəməsindən ona ən ağır cəzanın verilməsini tələb edirlər ki, guya burada təhsil alan və yaşayan digər xaricilərə nümunə olsun. Halbuki, hələ 70-80 -cı illərdə illərdə Macarıstanda - Budapeştbə rus yəhudilərinə darşı terror aksiyasının ASALA tərəfindən planlaşıdırıldığı və bu planın əslində "Daşnakstyun" partiyasının mərkəzi komitəsində hazırlandığı üzə çıxarılmışdı. Yəni Macarıstanda terror toxumu səpən hələ 20-30 il əvvəl məhz ermənilər olmuşdur. Ancaq saytınızda gedən materiallarda Ramilin kimliyini anlatmağa çalışdıq. Qısası, uşaq yaşlarında gözü önündə yüzlərlə dəhşətlər baş verən, ev-eşiyini itirən, onlarla qohumu əsir, itkin və ya şəhid olan birinin qarşısındakının təhqirlərinə tab gətirməyərək həyatında baş vermiş bunca dəhşətlərin təsiri altında törətdiyi bu hadisəni necə dəyərləndirmək olar? Həqiqətənmi o, bu bu cəzaya layiqdir?

1. Ramil heç bir terror təşkilatının üzvü olmayıb, terrorçu deyil. NATO sistemində yüksək qiymətləndirilən bir zabitdir. Biz heç vaxt terrorçunu müdafiə etmirik. NATO kurslarında, təlimlərində nümunəvi zabit kimi tanınan R.Səfərovun bu addımı hansı şəraitdə, hansı amillərin təsiri altında atdığının, bu vaxt hansı vəziyyətdə olduğunun bir daha dərindən araşdırılacağına, nəzərə alınacağına və ömürlük həbs cəzasının ədalətli hökmlə əvəz olunacağına bütün qəlbimizlə inanırıq.

2. Ekspertiza rəylərinə əsasən onun tam anlaqsız vəziyyətdə olduğunu nəzərə alsaq bu hadisənin heç də öncədən düşünülmüş və planlaşdırılmış olmadığını aydın şəkildə görmək olar. Həm də Ramil Q.Markaryanı erməni olduğu üçün deyil, onu təhqir etdiyi üçün qətlə yetirib. Əgər Ramil erməni öldürmək istəsəydi ya Azərbaycanda yaşayan 30000 ermənidən birini, ya da Türkiyədə təhsil aldığı və işlədiyi müddətdə eyni şəhərdə yaşadığı ermənilərdən birini öldürərdi.

3. R.Səfərov son dərəcədə savadlı, istedadlı və dünya görüşlü bir gənc olaraq Azərbaycandan kənarda təhsil hüququ qazanmış və təhsilini üğürla başa vuraraq Türkiyə ordusunda 1 ilə yaxın təcrübə keçmişdir. Macarıstanda NATO tərəfindən təşkil olunmuş kurslara göndərilən 2 nəfərdən biri olması bu uğurların davamı idi.

Amma ...

Yuxarıda qeyd edilən Patrik Devedeyanın "erməni xalqının ləyaqət hissini özünə qaytaran qəhrəman gənclər" kimi təqdim etdiyi və müdafiə etdiyi, onlarla türk diplomatını və yüzlərlə xarici və türk vətəndaşının həlak olduğu aksiyaları törədən insanların əksəriyyəti ya bəraət ya da çox az illik həbs cəzası alıblar. Yuxarıda qeyd edildiyi kimi onların hərəkətləri "terror" deyil, sadəcə "müqavimət" adlandırılır. (ASALA və digər terror təşkilatlarının üzvü olmalarına baxmayaraq). 1-2 il öncə Ermənistan parlamentində maraqlı müzakirələr aparılmışdı. "Terrorizmlə mübarizə" haqqında qanun layihəsinin müzakirəsi zamanı erməni spiker V.Ovanesyan bildirib ki: "terrorçu hərəkətlər yalnız qurbanları mülkü vətəndaşlar olan aksiyalardır". Bu qərarı nəzərə alaraq ermənilərin Ramili "terrorçu" adlandıraraq ömürlük həbsinə çalışmaları və hətta onun Ermənistana ekstradisiyası barədə danışmaları çox absurd görünür. Sizcə yuxarıda qeyd olunan bir çox terror təşkilatlarının üzvlərinə olan münasibətlə müqayisədə Ramil kimi birisinə verilən ömürlük həbs cəzası tükürpədici deyilmi? Amma biz gələcəyə baxırıq. Bütün Azərbaycan xalqı, Ramilin yaxınları və 3 ildən çoxdur ki, "nə qədər ağrısam da, incisəm də Ramili gözləyirəm" deyə oğul yolu gözləyən anamız haqq-ədalət arzusuyla yaşayırlar.

 

Öldürülən türk diplomatları günahkardırlarmı?

İndi artıq erməni döyüşçüləri tərəfindən qətlə yetirilən türkiyə hökümətinin məmurlarının günahsızlığı barədə yazmaq ənənə olub. Gəlin birlikdə Türkiyə hökuməti haqqında 1915-ci ildəki hadisələrin günahkarı kimi düşünək. Şübhəsiz ki, öldürülən rəsmi şəxslər 1915-ci il hadisələrində şəxsən günahkar deyillər. Təbii ki, onlar 1915-1918-ci illərdə öldürülən ermənilərlə hec bir əlaqələri yoxdur... Lakin onlar təşkilatın üzvləri və türklərin nümayəndələri kimi cavabdehdirlər...

Mənbə:"Öldürülən türk diplomatları günahkardırlarmı?" "Asbarez" qəzeti 1 dekabr,1984-cü il,səh. 14.

 

Zori Balayanın tükürpərdici etirafı

"Böyük Ermənistan" ideyasının əsas ideoloqlarından biri olan Zori Balayanın Xocalı soyqırımından birbaşa iştirakını təstiqləyən faktlar mövcuddur

Zori Balayan 1996-cı ildə nəşr olunan "Ruhumuzun canlanması" adlı əsərində Xocalı soyqırımına haqq qazandirib və bu səhərdə Azərbaycanlılara qarşı soyqirim həyata kecirildiyini fəxrlə etiraf edib.

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk usağı çox səs-küy salmasın deyə, Xaçatur usağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu usağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk usağı 7 dəqiqə sonra qan itirərak dunyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincdən qürürlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk usağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yedirdim".

Xocalıda ermənilərin Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım faktlarını əsərində sadalayan Zori Balayan hər bir erməninin bu hərəkətdən fəxr duymalı olduğunu deyib.

Xocalıda ermənilərin soyqırım gerçəklşdirdyini, insanliğa qarşı cinayət işlətdiklərini təsdiqləyən bu fikirler Zori Balayanın 1996-cı ildə dərc olunmuş "Ruhumuzun canlanması" adlı kitabının 260-262-ci səhifələrində öz əksini tapıb.

 

Taleyi naməlum olan əsir və girovların bir qismi

Dağlıq Qarabağla bağlı beynəlxalq qurumların problemlə əlaqədar obyektiv hesabat hazırlayacaqları haqda bəyanatları çox eşitmişik. Hamısı bu savaşda haqlı olduğumuzu deyir və gedir.

Vəd də verir ki, münaqişənin ədalətli həllinə çalışacaq. On beş ildən artıqdır bu vədlərə, bəyanatlara öyrəşmişik. Hansısa konkret əməli nəticədən danışmaq isə sadəlövhlük olardı. Hətta bəzi hallarda Bakıda Azərbaycanın ədalətli mövqedə olduğunu deyib geri döndükdən sonra ermənilərin havasına oynadıqları da məlumdur. Nəzərə almaq lazımdır ki, bir milyondan artıq qaçqın ilan mələşən çöllərdən, susuz səhralardan doğma yurduna dönəcəyi günü səbirsizliklə gözləyir. Və onlar bizim yerimizə erməniylə vuruşub torpağımızı geri qaytarası, ürəyimizdəki namus ləkəsini təmizləyəsi, şəhidlərimizin qanını alası deyillər. Bu, bizim - namusuna təcavüz edilmiş, papağı ayaqlar altına atılmış, öz vətənində didərgin həyatı yaşayanların borcudur.

...Onların sayı minlərlədir. Əsir və itkin düşənlərin, girov götürülənlərin, hər gün, hər dəqiqə işgəncələrə, təhqirlərə məruz qalanların... ləyaqəti tapdalananların. Bu, onların bir qismidir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında mövcud olan məlumatlara əsasən, 1335 nəfər, o cümlədən 129 uşaq, 312 qadın, 246 qoca erməni əsir və girovluğundan azad edilib, təcavüz nəticəsində 4868 nəfər, o cümlədən 55 uşaq, 326 qadın, 410 qoca itkin düşüb. (Statistika 01.04.04 tarixədir.)

Azərbaycan tərəfində olan təkzibolunmaz faktlar göstərir ki, ən azı 783 vətəndaşımız ermənilər tərəfindən əsir, yaxud girov götürülüb, lakin bu faktlar beynəlxalq təşkilatlar, o cümlədən BQXK-dan gizlədilib. Həmin şəxslərin siyahısı erməni əsirliyindən qayıtmış vətəndaşlarımızın və digər mənbələrin şahid ifadələri əsasında tərtib edilib. Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupunun üzvləri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi barədə məlumatları təsdiq edir. Lakin sözügedən vətəndaşlarımızın taleyi bu günədək naməlumdur.

  • Hüseynova Mehriban Allahverdi qızı: Xocalı şəhərinin işğalı zamanı 3 azyaşlı uşağı ilə birlikdə girov götürülüb. Əsirlikdən azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə Yerevan şəhərində istintaq təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan Mayılın onlardan heç bir xəbəri olmayıb.
    Erməni tərəfi Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir.

  • Hüseynova Tamara Saleh qızı: 26.07.1992-ci il tarixdə Tovuz rayonunun Əlibəyli kəndində ermənilər tərəfindən girov götürülüb. Qardaşı Akif Hüseynov bacısının axtarışı ilə əlaqədar bir neçə dəfə erməni tərəfi ilə apardığı danışıqlar zamanı Tamara Hüseynovanın Berd rayonunun Paravakar kəndində, itkin düşmüş Alaverdiyan Mqerin ailəsində saxlanıldığı bildirilib. 06.11.1992-ci il tarixdə erməni tərəfindən Alaverdiyan Şamir Alekseyeviç adlı şəxs Akif Hüseynova teleqram vuraraq bacısı Tamaranın girov saxlanıldığını təsdiq edib. Tamara Hüseynovanın ermənilər tərəfindən girov götürülməsi Əsir və girovların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə beynəlxalq işçi qrupu tərəfindən də təsdiqlənib.
    Lakin Tamara Hüseynovanın da girovluqdakı sonrakı taleyi bu günədək naməlumdur.

  • Rəhimov Rəhim Əbdülkərim oğlu: 24.06.1993-cü il tarixdə Ağdərə rayonunda əsir götürülüb. 16.07.1993-cü ildə Rusiyadan (Orenburq şəhəri, Volqoqradskaya küçəsi, ev 40/2, mən. 69) ailəsinə vurulmuş teleqramda R.Rəhimovun Ağdərə rayonunun Vaqauz kəndində Ağacanyan Qrelin evində saxlanıldığı bildirilib. 1993-cü ildə ailəsi R.Rəhimovdan BQXK vasitəsi ilə məktub alıb. Bu məktubda R.Rəhimov itkin düşmüş Ağacanyan Joranın tapılıb onunla dəyişdirilməsini xahiş edib.
    Erməni tərəfi R.Rəhimovun da sonrakı taleyi ilə bağlı faktları bu günədək gizlətməkdədir.

Azərbaycan tərəfinə daxil olan məlumatlar göstərir ki, əsir və girov götürülməsinə dair məlumat olan, lakin sonrakı taleyi naməlum qalan şəxslərin siyahısında böyük əksəriyyət erməni əsirliyində öldürülüb, yaxud işgəncə və xəstəliklərdən vəfat edib, az bir hissəsi isə indi də gizlədilərək ağır fiziki işlərdə qul kimi istifadə olunur.

Könül Zərbəliyeva "Olaylar" qəzeti

 

 

Azərbaycanlı əsir və girov götürülənlərə qarşı törədilmiş cinayətlər

1988-2003-cü illərdə 1335 Azərbaycan vətəndaşı erməni əsirliyindən azad edilib. Dövlət Komissiyasında olan məlumatlara görə, əsirlikdən qayıtmış vətəndaşlar arasında şikəstlik, mənəvi iztirabların təsirindən ruhi xəstəlik, saxlanma şəraitinin elementar tələblərə cavab verməməsi səbəbindən vərəm və s. xəstəliklər qeydə alınıb. Bir sözlə, erməni əsir və girovluğu bu şəxslərin səhhətində, psixikasında ömürlük iz qoyub.

Komissiyadakı materiallar sübut edir ki, yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən, uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib - onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları və damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib, bədən hissələri kəsilib özlərinə yedirilib, üzərlərində tibbi eksperiment aparılıb:

  • Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni həkimləri tərəfindən çıxarılıb, nəticədə Şövqi ömürlük şikəst olub.

  • Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olub. A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.

  • Ermənilər 15 yaşlı girov Nəzakət Məmmədovanın gözləri qarşısında atasına dəhşətli işgəncələr verib, onun qulaqlarını kəsib, anası hədə və şantajlara dözməyərək dəli olub, qızın özünü isə 4 min rus rubluna ailəsinə satıblar.

  • Erməni nəzarətçiləri Ağdam rayonundan girov götürülmüş Kəklik Həsənovaya dəhşətli işgəncələr verib, mismar kəlbətini ilə 16 dişini çıxarıblar.

  • Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən yaşlı qadın Şərqiyyə Rza qızı Şirinovanın 8 qızıl dişi mismar kəlbətini ilə çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb.

  • Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1994-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər.

  • 1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsirliyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.

  • Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeridilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.

  • Hərbi əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla damğalanmışdır.

  • Eyni zamanda, əsirlikdə saxlandığı müddətdə yüzlərlə vətəndaşımız ermənilər tərəfindən qətlə yetirilmiş, işgəncələrin təsirindən ölmüş, amansız rəftara məruz qalmaqla və ləyaqəti mütəmadi alçaldılmaqla özünüöldürmə dərəcəsinə çatdırılmışdır. Erməni əsirliyində törədilmiş cinayətlərə dair faktlar Dövlət Komissiyasına bu gün daxil olmaqdadır:

  • 1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından ("QSM-7") Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya ("Uraqan") bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olub. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.

  • 16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdir.

  • Kəlbəcər şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı uşağı - Kərimova Nurlanə ilə birlikdə girov götürülmüşdür. Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin özünün məruz qaldığı işgəncələrə dözməyən Səmayə 15 may 1993-cü il tarixdə özünə qəsd etmişdir.

  • Əmirova Xəzəngül Təvəkkül qızı: Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin tökərək yandırmışlar.

  • İlham Nəsirov: 1992-ci il iyulun 27-də Ağdərə uğrunda gedən döyüşlərdə başından, boynundan və çiynindən yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüşdür. Avqust ayının 8-də Xankəndindən İlhamın ailəsinə zəng edilmiş və onun Yerevanda Arakelyan familiyalı bir erməninin evində saxlanıldığı bildirilmişdir. Ailə İlham Nəsirovun azad edilməsi üçün itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərtini irəli sürmüşdür. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İ.Nəsirov sonradan Yerevan qospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmamışdır. Qospitalın rəisi Ş.Arakelyanın 24 noyabr 1993-cü il tarixli, 06/134 saylı məktubunda da göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.

  • Heydər Heydərov, Şuşa həbsxanasında saxlanıldığı müddətdə məruz qaldığı işgəncələrin və mütəmadi döyülmələrin təsirindən vəfat etmişdir.

  • Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o, müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.

  • Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını "Kirovabad" demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə əsirlikdən azad edilmiş Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.

Bu, əsir və girov olmuş vətəndaşlarımıza qarşı törədilmiş cinayət faktlarının bir qismidir. Amma tək elə bu faktlar əsir və girov olmuş vətəndaşlarımıza qarşı hansı vəhşiliklərin, hansı cinayətlərin edildiyi barədə tam təsəvvür yaradır. Ümumiyyətlə isə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Komissiyası tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Ermənistanda və işğal olunmuş Azərbaycan ərazilərində azərbaycanlı əsir və girovlara qarşı törədilmiş vəhşiliklər barədə çoxsaylı məlumatlar, şəhadətlər və prosessual sübutlar əldə edilmişdir. Artıq 2002-ci ildə Dövlət Komissiyasının qərarı ilə azərbaycanlı əsir və girovlara qarşı cinayət törətmiş ermənilərlə bağlı faktlar üzrə toplanan materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Başlanılmış cinayət işinin ibtidai istintaqı göstərmişdir ki, Azərbaycanın işğal olunmuş ərazilərində, xüsusilə Şuşa həbsxanasında, Xankəndi müvəqqəti saxlama təcridxanasında, hərbi hissələrdə, polis şöbələrində və digər yerlərdə ermənilərin qanunsuz silahlı birləşmələrinin üzvləri, həbsxana və təcridxana işçiləri qulluq vəzifələrini yerinə yetirərkən əsir düşmüş hərbçilər və beynəlxalq humanitar hüquqla müdafiə olunan mülki şəxslərlə amansız rəftar edilib, onlar öldürülüb, yaxud özünüöldürmə dərəcəsinə çatdırılıb, zorlanıb, ləyaqətləri mütəmadi alçaldılıb və digər işgəncələrə məruz qalıb. İstintaq prosesində azərbaycanlı əsir və girovların kütləvi şəkildə öldürülməsi, işgəncələr verilməsinin məhz Ermənistanın silahlı birləşmələrinin hərbi qulluqçuları və Dağlıq Qarabağdakı separatçı rejimin liderləri tərəfindən təşkil edildiyi və istiqamətləndirildiyi bir daha təsdiqini tapmışdır.

Könül Zərbəliyeva "Olaylar" qəzeti

 

Əsirlikdə qətlə yetirilənlər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək,insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir.

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respubilkasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur. Aşağıda bu faktların bir qismi göstərilir:

Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.

  • Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur.

  • 1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələriinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından ("QSM-7") Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya ("Uraqan") bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən curnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinn radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.

  • Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir. Bunların arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat ƏhmədovaÇiçək Həsənova də olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət Abduləli oğlu Əhmədov şahidlik edirlər.

  • İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyidləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.

  • Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.

  • Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.

  • 16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdir.

  • Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.

  • 61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürdüyünün şahidi olmuşdur.

  • Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.

  • Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən işgəncələrə dözməyərək erməni əsirliyində intihar etmişdir.

  • 18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü Taleh Mədət oğlu İbişovun bildirdiyinə görə, ermənilər onun atası Mədət Əvəz oğlu İbişovu və bacısı, 1967-ci il təvəllüdlü Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə öldürmüşlər.

  • 1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.

  • Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir

  • Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür. (24.12.1994) Bu barədə keçmiş əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbulfət Qasımov və digərləri şahidlik edir.

  • Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını "Kirovabad" demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.

  • Əsirlikdən azad edilmiş Abuzər Manafovun, Həsən Hüseynovun və Aydın Əziz oğlu Məhərrəmovun ifadəsinə görə, 14 fevral 1994-cü il tarixdə Şuşa həbsxanasında saxlanarkən Kolya, Slavik və Qor adlı nəzarətçilər əslən Beyləqan rayonundan olan İlqar Ənvər oğlu Qurbanovu müntəzəm işgəncələr verərək öldürmüşlər.

  • 1962-cı il təvəllüdlü Şəmkir rayon sakini Fikrət Həsən oğlu Hüseynov müntəzəm döyülmələr və işgəncələr nəticəsində 28 iyun 1993-cü il tarixdə erməni əsirliyində vəfat etmişdir. Əsirlikdən azad edilmiş Bəxtiyar İbrahim oğlu Tağıyev və Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın şahidləridir. Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı Fikrət Həsən oğlu Hüseynovda qabırğa sınıqları aşkar edilmişdir.

  • Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü il tarixdə Şuşa həbsxanasında, 1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin erməni nəzarətçiləri tərəfindən boğularaq qətlə yetirildiyini bildirmişdir.

  • Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci ilin mayında Xankəndində qaracda saxlanılarkən qaracın sahibi Mero və Sarkisyan Vazqen adlı digər erməni bir nəfər adını bilmədiyi lal girova əvvəl müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişlər.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası

Copyright (c) 2007-2011

About site. Banners.
Webmaster: Javanshir Huseynov.