Azərbaycanca    |    English    |    Magyar    |    Deutsch    |    Български
2926 gün keçdi...
 
       
Ana səhifə  Ramil haqqında  Xəbərlər  Mövqe  Azərbaycan  Macarıstan  Erməni həqiqətləri  Keçidlər  Qonaq dəftəri
Faktlar
1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.


Erməni terroru!








İşğal
Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
20 % - (17.000 km2)

Elan

Şəhid Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesabı

Bank hesabı:
Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X

Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881


RamilSafarov.info saytı erməni dilinə tərcümə olunur. Tərcümədə köməklik göstərə biləcək tanışlarınız varsa əlaqə yaratmağınızı xahiş edirik. Anonimliyik tam qorunacaq üzdəniraqların dili olduğuna görə. Məqsəd erməni həqiqətlərini məhz ermənilərə çatdırmaqdır. info@ramilsafarov.info




Xəbərlər
Türkiyənin partiya sədri: “Ermənistan prezidenti sərhədlərini keçib, qürursuzluğunu və qətillərlə zəngin olan keçmişini gizlətmək üçün şüursuzluq bataqlığına yuvarlanıb”

"Ermənistan dövlətinin bir az qüruru və şərəfi varsa, soyqırım aldatmasından öncə Azərbaycan torpaqlarını işğal edərkən törətdiyi qətliamlar, vətənimizdə yaşatdığı dəhşətlər, Xocalıda qətlə yetirdiyi dinc sakinlər üçün üzr istəməli, torpaqlarımızla bağlı işğaldan və iddialardan əl çəkməlidir"/b>

"Ermənistan prezidenti sərhədlərini keçib, qürursuzluğunu və qətillərlə zəngin olan keçmişini gizlətmək üçün şüursuzluq bataqlığına yuvarlanıb". APA-nın xəbərinə görə, bunu Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı Ermənistan prezidenti Serj Sarkisyanın ünvanına söyləyib. 

D. Baxçalı bu gün yaydığı yazılı açıqlamasında Ermənistan prezidentinin "Türk liderləri tez və ya gec İrəvandakı soyqırım abidəsi önündə diz çökəcəklər" sözlərinə cavab verib. 

MHP lideri Ermənistanın bu cəsarətinə görə, AKP iqtidarını qınayıb: "Hökumətin milli məsələlərə qarşı laqeydliyi, şərəfli keçmişimizi sorğulayan çevrələrə boyun əyən tükənmişliyi, ən başda qondarma "erməni soyqırımı" yalanlarına cəsarət və bəhanə verib... "Ermənistanla əlaqələrin normallaşdırılması üçün futbol oyunu bəhanəsi ilə edilən ziyarətlər, Sürixdə imzalanan protokollar diasporun tezislərini qəbul etdirmə məsələsində ümidvar olduğunu bildirməsini təmin edib. Bu da soyqırım iftirasını gündəmdə qalmasına imkan verib". 

MHP lideri açıqlamasında Dağlıq Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən də bəhs edib. 

"Ermənistan prezidentinin həddini və hüdudunu aşan bəyanatı bu məsələdə bütün ölçü və normaların qarışdığını göstərir. Türk liderlərinin tez və ya gec İrəvandakı qondarma soyqırım abidəsinin önündə diz çökəcəyi ifadəsini söyləyən Ermənistan prezidenti bütün sərhədləri aşıb, öz qürursuzluğunu və qətillərlə zəngin olan keçmişini gizlətmək üçün şüursuzluq bataqlığına yuvarlanıb. Bilinməlidir ki, Türk millətinin nümayəndəsi olan heç bir siyasətçi, ya da lider İrəvanda belə bir alçalmanı, zilləti və rəzaləti qəbul etməyi ağlından belə keçirməyəcək"-deyə, MHP lideri bildirib. 

D. Baxçalı Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağırıb: "Ermənistan dövlətinin bir az qüruru və şərəfi varsa, soyqırım aldatmasından öncə Azərbaycan torpaqlarını işğal edərkən törətdiyi qətliamlar, vətənimizdə yaşatdığı dəhşətlər, Xocalıda qətlə yetirdiyi dinc sakinlər üçün üzr istəməli, torpaqlarımızla bağlı işğaldan və iddialardan əl çəkməlidir. Ermənistan Dağlıq Qarabağdakı vəhşətə və cinayətlərə son qoymadan, bu ölkədən bu dəhşətlərin hesabı soruşulmadan və işğaldan əl çəkmədən əlaqələrin normallaşması üçün aparılan heç bir müzakirə millətimiz tərəfindən qəbul edilməyəcək". 

AKP hökumətini Ermənistana lazım olan qəti və sərt cavabı verməməkdə qınayan MHP lideri deyib: "Bütün bu olanlardan sonra Ermənistanla imzalanan protokollar Məclis gündəmindən tamamən çıxarılmalıdır".
  


Xəbərlər
Mövqe
Copyright (c) 2007-2011

About site. Banners.
Webmaster: Javanshir Huseynov.