18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü Taleh Mədət oğlu İbişovun bildirdiyinə görə, ermənilər onun atası Mədət Əvəz oğlu İbişovu və bacısı, 1967-ci il təvəllüdlü Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə öldürmüşlər.
| Xankəndi |
(26.12.1991) |
| Xocalı |
(26.02.1992) |
| Şuşa |
(08.05.1992) |
| Laçın |
(17.05.1992) |
| Xocavənd |
(02.10.1992) |
| Kəlbəcər |
(3-4.04.1993) |
| Ağdərə |
(07.07.1993) |
| Ağdam |
(23.07.1993) |
| Cəbrayıl |
(23.08.1993) |
| Füzuli |
(23.08.1993) |
| Qubadlı |
(31.08.1993) |
| Zəngilan |
(30.10.1993) |
|
20 % - (17.000 km2)
|
Şəhid Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesabı
Bank hesabı:
Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X
Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881
RamilSafarov.info saytı erməni dilinə tərcümə olunur. Tərcümədə köməklik göstərə biləcək tanışlarınız varsa əlaqə yaratmağınızı xahiş edirik. Anonimliyik tam qorunacaq üzdəniraqların dili olduğuna görə. Məqsəd erməni həqiqətlərini məhz ermənilərə çatdırmaqdır. info@ramilsafarov.info
|
“Los Angeles Times”: Fransa Senatı “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini rədd etməlidir
"Senat söz azadlığı, tarixi araşdırma aparmaq sərbəstliyi və Fransanın 1789-cu ildə qəbul etdiyi insan və vətəndaş hüquqları Bəyannaməsinin 11-ci maddəsi naminə bu addımı atmalıdır"
"Fransa Senatı söz azadlığı, tarixi araşdırma aparmaq sərbəstliyi və Fransanın 1789-cu ildə qəbul etdiyi insan və vətəndaş hüquqları Bəyannaməsinin 11-ci maddəsi naminə erməni soyqırımını inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunu rədd etməlidir".
APA-nın məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan nüfuzlu "Los Angeles Times" qəzetində Fransa parlamentinə çıxarılmış "erməni soyqırımının" inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinə həsr olunmuş məqalədə deyilir.
Məqalə müəllifi Timoti Garton Eş məlum təşəbbüsün fundamental insan haqları ilə daban-dabana ziddiyyət təşkil etdiyini qeyd edib: "Sual sadədir: Fransa və ya digər ölkə qanunvericiliyinə görə həmin dəhşətli olaylara beynəlxalq hüquqda istifadə edilən soyqırımı termininin şamil edilib-edilməməsinə dair mübahisə etmək cinayət sayılmalıdırmı? Və ya Fransa parlamenti dünya tarixinə dair tribunal rolunu oynamaq və digər xalqların keçmişinə dair hökm vermək hüququna malikdirmi? Cavab birmənalıdır: yox və bir daha yox".
Mövcud təşəbbüsün Fransada yaxın zamanlarda baş tutacaq seçkilərlə birbaşa bağlı olduğu qənaətinə gələn müəllif ötən zamanlarda baş verənlərdən indi siyasi məqsədlər üçün istifadə edildiyini yazır. Müəllifə görə, sərbəst tarixi debatların mövzusu olmalı bir olay siyasi manipulyasiya mövzusuna çevrilib.