Azərbaycanca    |    English    |    Magyar    |    Deutsch    |    Български
3014 gün keçdi...
 
       
Ana səhifə  Ramil haqqında  Xəbərlər  Mövqe  Azərbaycan  Macarıstan  Erməni həqiqətləri  Keçidlər  Qonaq dəftəri
Faktlar
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olub. A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.


Erməni terroru!








İşğal
Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
20 % - (17.000 km2)

Elan

Şəhid Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesabı

Bank hesabı:
Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X

Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881


RamilSafarov.info saytı erməni dilinə tərcümə olunur. Tərcümədə köməklik göstərə biləcək tanışlarınız varsa əlaqə yaratmağınızı xahiş edirik. Anonimliyik tam qorunacaq üzdəniraqların dili olduğuna görə. Məqsəd erməni həqiqətlərini məhz ermənilərə çatdırmaqdır. info@ramilsafarov.info




Xəbərlər
[04.06.2010] Sevastopolda azərbaycanlı döyüşçülərinin şərəfinə ucaldılmış abidəni dağıdan erməninin məhkəmə işi erməni hakimin icraatına verilib
Sevastopolda azərbaycanlı döyüşçülərinin şərəfinə ucaldılmış abidəni dağıdan Eduard Arakelyanın cinayət işinin məhkəmə istintaqı Balaklav rayon məhkəməsinin qərarı ilə hakim Buxarevadan alınaraq Muradyan soyadlı hakimin icraatına verilib. Bu barədə APA-ya Krımın azərbaycanlı icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. O verilən qərarın məhkəmələrin ixtisaslaşması ilə əsaslandırıldığını deyib. Məh...  >>>
[04.06.2010] Nardaranda keçirilən aksiyada İsrail, ABŞ, Fransa, Böyük Britaniya və Ermənistan bayraqları yandırılıb
Bakının Nardaran qəsəbəsinin İmam Hüseyn meydanında Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan, aralarında Türkiyə gəmisinin də olduğu gəmi karvanına İsrail hərbçiləri tərəfindən silahlı hücum edilməsinə etiraz olaraq aksiya keçirilib. APA-nın Nardaranda olan əməkdaşının məlumatına görə, aksiyada kənd sakinləri Hacı Əli Hüseynov, Ataməli Nur, Hacı Əlikram Əliyev, İslam Partiyasının sədr müavini Hacı Vaqif...  >>>
[02.06.2010] Ermənilər Qarabağda qondarma muzey yaradıblar
Ermənilər yenə Azərbaycanın daşlarından özlərinə tarix tikməyə cəhd göstərirlər. Qondarma Dağlıq Qarabağ Respublikasında adı heç bir tarixi mənbələrdə qeyd olunmayan, naməlum "Tiqranakert" şəhərinin muzeyi açılıb. Erməni mətbuatının (news.am) yazdığına görə, şəhər bizim eradan əvvəl I əsrdə erməni çarı Böyük Tiqran tərəfindən salınıb və 14-cü əsrədək mövcud olub. Qondarma respublikanın t...  >>>
[02.06.2010] Azərbaycan XİN: "Dağlıq Qarabağa səfər edən bütün xarici vətəndaşlar persona non qrata elan ediləcək"
"Görünür, Boris Qrızlov Azərbaycan hökumətinin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən xaricilərin persona non qrata elan olunması ilə bağlı qərar barədə düzgün məlumatlandırılmayıb". Bunu Trend-ə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov deyib. Onun sözlərinə görə, bu qərar təkcə Rusiya vətəndaşlarına yox, istənilən xarici ölkə vətəndaşına aiddir. Hə...  >>>
[02.06.2010] Deputat: "Almaniya Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünü əsasında həllini dəstəkləyir"
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Bundestaqının deputatı Mixail Linki qəbul edib. Məlumatı Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib. Görüş zamanı almaniyalı qonaq Almaniya ilə ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edərək, əlaqələrin genişləndirilməsi üçün müxtəlif sahələrdə, xüsusən də qeyr...  >>>
[02.06.2010] Türkiyədə Dağlıq Qarabağla bağlı beynəlxalq konfrans keçirilib
Tədbir "Dağlıq Qarabağ probleminin həllində türkdilli dövlətlərin ictimai və diaspor təşkilatlarının dəstəyinin artırılması" layihəsi çərçivəsində təşkil olunub. Türkiyədə Dağlıq Qarabağla bağlı beynəlxalq konfrans keçirilib. "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) Türkiyə Uluslararası İlişkilər və Strateji Analizlər Mərkəzi (TÜRKSAM) ilə birgə keçirilən...  >>>
[02.06.2010] Azərbaycan hərbçiləri NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq planı çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hərbçiləri NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq və bir sıra ölkələrlə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planları çərçivəsində keçirilən tədbirlərə qatılacaqlar. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq Planına uyğun olaraq iyunun 1-dən 3-dək Bakıda ...  >>>
[02.06.2010] Dövlət Miqrasiya Xidmətinin rəisi BMT Qaçqınlar üzrə Ali Komissarlığının Avropa üzrə Regional Bürosunun nümayəndə heyətini qəbul edib
Bakı-APA. Dövlət Miqrasiya Xidmətinin rəisi (DMX) Arzu Rəhimov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Baş Qərargahının Avropa üzrə Regional Bürosunun rəis müavini Ouillermo Bettoçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DMX-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Rəhimov son illər Azərbaycanda sosial-iqtisadi sferalarda uğurla aparılan islahatların ölkənin sürətli inkişafına və buraya gələn &#...  >>>
[01.06.2010] Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycan ərazisinə keçən erməni ailəsinə ikinci dəfə baş çəkiblər
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bildirib. Onun sözlərinə görə, mayın 31-də erməni ailəsinin saxlanma şəraitinin monitorinqi aparılıb, onlarla təkbətək söhbət edilib. Onlardan qohumlarına çatdırmaq üçün "Qızıl Xaç məktubu" alınıb. Qeyd edək ki, yanvarın 10-da axşam Ermənistan vətəndaşı, 1958-ci il təvəllüdlü Yeğişe Petrosoviç Gevorkyan içində həyat yoldaşı və azya...  >>>
[26.02.2010] Xocalı soyqırımından 18 il ötür
Bu gün Xocalı soyqırımının 18-ci ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib. Qeyd edək ki, hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli...  >>>
[06.02.2010] ABŞ Konqresində "erməni soyqırımı" ilə bağlı dinləmələr keçiriləcək
ABŞ Konqresinin Nümayəndələr Palatasında "erməni soyqırımı" ilə bağlı dinləmələr keçiriləcək. APA-nın məlumatına görə, bu barədə "Associated Press"ə Nümayəndələr Palatasının Xarici İşlər Komissiyasından məlumat verilib. Məlumata görə, Birinci Dünya müharibəsi illərində Osmanlı Türkiyəsinin ermənilərə qarşı rəftarı ilə bağlı dinləmələr martın 4-nə təyin olunub. ...  >>>
[05.01.2010] ABŞ-da Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılıb
ABŞ-da Şuşaya həsr olunmuş poçt markası buraxılıb. APA-nın Vaşinqtondakı müxbirinin verdiyi məlumata görə, Milad bayramı ərəfəsində ABŞ Poçt Xidməti tərəfindən buraxılmış bayram markalarından biri 1751-ci ildə Pənahəli xan Cavanşir tərəfindən Şuşanın əsasının qoyulmasına həsr edilib. Bu, Azərbaycanın tarixi şəhəri olan Şuşaya həsr olunmuş ilk ABŞ poçt markasıdır. ABŞ Poçt Xidməti buraxılmış markanın çox populyar olduğunu bildi...  >>>
[05.01.2010] Abdulla Gül: "Ermənistanla bağlı səssiz, lakin çox aktiv diplomatiya aparılır"
Türkiyə prezidenti Abdulla Gül ötən ilin oktyabrında Ermənistanla imzalanan protokollardan sonra bu məsələ ilə bağlı səssiz diplomatiya aparıldığını bəyan edib. APA-nın xəbərinə görə, A. Gül "CNN Türk"ə müsahibəsində səssiz, lakin çox aktiv diplomatiya aparıldığını bildirib: "Donmuş problemləri üzə çıxarırıq. Burada istifadə edilən metodları açıq şəkildə ortaya qoymaq çətinlik yaradır. Bu işdə vaxt məhdudiyyə...  >>>
[31.12.2009] Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. APA-nın məlumatına görə, artıq 18 ildir, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir z<...  >>>
[29.11.2009] Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz Araşdırmalar Mərkəzinin direktor müavini Xankəndində "Dağlıq Qarabağın rus icması"nın yubileyində iştirak edib
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz Araşdırmalar Mərkəzi direktorunun müavini Vladimir Zaxarov Xankəndində qondarma "Dağlıq Qarabağın rus icması" adlı qeyri-hökumət təşkilatının şərəfinə təşkil edilən yubiley mərasimində iştirak edib. APA-nın məlumatına görə, mərasimdə 2010-cu ildə Xankəndi şəhərində pravoslav kilsəsinin tikintisinə başlanacağı, bunun üçün şəhər «meri» tərə...  >>>
[29.11.2009] Azərbaycan XİN: Ermənilərin bu addımları onların işğalçı siyasətini bir daha ifşa edir
"Ermənilər ilk dəfə deyil ki, belə addım atırlar. Bu addım onların apardığı işğalçı siyasəti bir daha ifşa edir". Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyin (XİN) mətbuat katibi Elxan Poluxov ermənilərin telemarafon keçirərək, Şuşanın bərpası məqsədilə 16 milyon dollar vəsait toplamasına münasibət bildirərkən deyib. XİN sözçüsü bildirib ki, Azərbaycanın işğal altında olan bütün əraziləri azad oluna...  >>>
[20.11.2009] İçərisində Azərbaycan dövlət adamlarının olduğu hərbi vertolyotun Qarakənd səmasında ermənilər tərəfindən vurulmasından 18 il ötür
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən faciəli hadisələrindən birinin ildönümüdür. APA-nın məlumatına görə, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində "Mi-8" vertolyotunun ermənilər tərəfindən vurulmasından 18 il ötür. Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov...  >>>
[20.11.2009] Türkiyə ilə imzalanmış protokollar Ermənistan Konstitusiya Məhkəməsinə göndərilib
Türkiyə ilə imzalanmış protokollar artıq 3 gündür ki, Ermənistan Konstitusiya Məhkəməsindədir. APA-nın xəbərinə görə, bu barədə "Panorama.am" portalına Ermənistan Konstitusiya Məhkəməsinin aparat rəhbəri Aruşan Akopyan məlumat verib. O bildirib ki, 20 gün ərzində məhkəmənin plenar iclası çağırılmalı və protokollara baxışın tarixi müəyyənləşdirilməlidir: "Məhkəmə qərar qəbul edə...  >>>
[12.11.2009] Ermənistan hökuməti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqdan imtina edib
Ermənistan hökuməti müxalifətin təklif etdiyi "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsini dəstəkləməkdən imtina edib. APA-nın "Armenia Today"a istinadən yaydığı məlumata görə, bu barədə qərar Nazirlər Kabinetinin bu gün keçirilən iclasında qəbul olunub. Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan hökumətin qərarını şərh edərkən bildirib ki, indiki mərhələdə b...  >>>
[10.11.2009] ABŞ dövlət katibinin sabiq müavini Stiven Oksman: "Dağlıq Qarabağda terrorizmin yayılmasının qarşısını almaq üçün beynəlxalq əməkdaşlığa ehtiyac var"
"Dağlıq Qarabağ ərazisində terrorizmin yayılmasının qarşısını almaq üçün beynəlxalq əməkdaşlığa ehtiyac var". Bu açıqlamanı APA-nın Vaşinqtondakı müxbirinə ABŞ dövlət katibinin Avropa məsələləri üzrə sabiq müavini Stiven Oksman verib. O qeyd edib ki, Ermənistan tərəfindən işğal olunan Azərbaycanın Dağlıq Qarabağ ərazisi hal hazırda nəzarətsizdir: "Azərbaycan hökuməti tez-tez vurğulayır ki, bu ərazı azad terrorizm fəaliyy...  >>>
[10.11.2009] Ərdoğan Obamadan Dağlıq Qarabağ münaqişəsinin 2010-cu ilin sonunadək həllini tələb edəcək
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı prezident Barak Obamadan Dağlıq Qarabağ münaqişəsinin həllini qəti şəkildə tələb edəcək. APA-nın Türkiyənin "Cumhuriyet" qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan B. Obamaya problemin 2010-cu ilin sonuna qədər həll edilməyəcəyi təqdirdə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini donduracaqlarını bildirə...  >>>
[18.10.2009] Azərbaycanın müstəqilliyinin rəsmiləşməsindən 18 il ötür
Bu gün Azərbaycan Respublikasının (AR) müstəqil dövlət olmasının rəsmiləşdirilməsindən 18 il ötür. Lent.az-ın məlumatına görə, 1918-ci il mayın 28-də Azərbaycan Milli Sovetinin qəbul etdiyi bəyannaməni əsas tutaraq, 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti Azərbaycan Respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul edib və həmin il oktyabrın 18-də AR Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında&quo...  >>>
[06.10.2009] Erməni diasporu: "Türkiyə protokolların imzalanması və sərhədlərin açılması müqabilində rəsmi İrəvandan Dağlıq Qarabağ münaqişəsində güzəştə getməyi təl
Moskvada fəaliyyət göstərən erməni diaspor təşkilatları rəsmi İrəvanı Ermənistan-Türkiyə protokollarının imzalamamağa çağırıb. APA-nın məlumatına görə, Ermənistan hakimiyyətinə göndərilən müraciətdə bildirilir ki, protokolların imzalanması Ermənistan və erməni xalqı üçün gözlənilməz nəticələrə gətirib çıxara bilər. Diaspor qurumları gələcəkdə Ermənistanla erməni lobbisi arasında uçurum y...  >>>
[06.10.2009] Edvard Nalbandyan: "Dağlıq Qarabağ münaqişəsinin həllində sıçrayış gözləmək lazım deyil"
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində irəliləyiş gözləmək lazım deyil". APA-nın xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan "France Presse" agentliyinə açıqlamasında deyib. Danışıqlar prosesinin müəyyən vaxt tələb etdiyini söyləyən nazir bildirib ki, yaxın vaxtlarda danışıqlar prosesində sıçrayış ola biləcəyinə dair proqnozların nəyə əsaslandı...  >>>
[03.10.2009] Macarıstanda ömürlük həbsə məhkum edilmiş zabitimiz Ramil Səfərovun anası Nübar Səfərova uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Bu gün saat 12 radələrində Macarıstanda məhkumluq həyatı yaşayan zabitimiz Ramil Səfərovun anası Nübar Səfərova uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Xəstəliyi üzündən bir neçə dəfə əməliyyata məruz qalan Nübar xanım həyat uğrunda mübarizəsinə son verdi. Allahdan anamıza rəhmət diləyir və xalqımız üçün igid oğul bəxş etdiyi üçün ruhu qarşısında baş əyirik....  >>>
<< | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 | >>
Copyright (c) 2007-2011

About site. Banners.
Webmaster: Javanshir Huseynov.