|
[24.10.2008] Prezident İlham Əliyev: "Əzəli torpağımız olan Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt imkan verməyəcəyik" |
"Bizim xarici siyasətin əsas prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Bu istiqamətdə əfsuslar olsun ki, hələlik heç bir nəticə əldə edilməyib.
Ancaq deyə bilərəm ki, Azərbaycanın mövqeyi, baxışları və bizim tərəfimizdən irəli sürülən prinsiplər çox böyük dəyər qazanıb. Danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü əsasında aparılır. Bu, heç kimdə ş...
|
 |
|
[23.10.2008] Gürcüstanda baş vermiş münaqişənin vurduğu ziyana görə Ermənistana maliyyə yardımı ediləcək |
Ermənistanın Baş naziri Tiqran Sarkisyan deyir ki, bunu ABŞ-ın dövlət katibi K.Rays ona söz verib
Gürcüstanda baş vermiş münaqişənin Ermənistana vurduğu iqtisadi ziyanın aradan qaldırılmasında maliyyə və texniki dəstək veriləcək. "Novosti-Armeniya" agentliyinin məlumatına görə, Ermənistanın baş naziri Tiqran Sarkisyan bildirib ki, bu məsələ ABŞ-ın vitse-prezidenti Dik Çeyni, dövlət katibi Kondoliza Rays, həmçinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankını...
|
 |
|
[22.10.2008] Azərbaycan əsgəri Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb |
Azərbaycan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissi...
|
 |
|
[21.10.2008] Rusiya prezidenti Ermənistana səfərini uydurma "erməni soyqırımı" kompleksinə əklil qoymaqla başlayıb |
Rusiya prezidenti Dmitri Medvedevin Ermənistana rəsmi səfəri başlayıb. APA-nın "Regnum"a istinadən verdiyi məlumata görə, bu gün səhər Dmitri Medvedev və Serj Sarkisyan İrəvanın mərkəzindəki Rusiya meydanının açılışına qatılıblar. Rusiya prezidenti bildirib ki, meydanın açılışı iki xalq arasındakı qardaşlıq duyğularının nə qədər səmimi olduğunu təsdiqləyir və iki dövlət arasındakı münasibətlərin nə qədər dərin ol...
|
 |
|
[21.10.2008] Dmitri Medvedev Qarabağ münaqişəsinin həlli üçün 14 ildir saxlanılan konyak çəlləyinin üzərinə imza atıb |
Ermənistan və Rusiya prezidentləri arasında keçirilən görüşdə yeni Atom Elektrik Stansiyasının tikintisi, dəmir yolu inşaatı və bir sıra digər məsələlər müzakirə olunub. APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı həmkarı Dmitri Medvedevlə keçirdiyi birgə mətbuat konfransında deyib. Ölkədə Rusiya sərmayəsi ilə 1200-ə yaxın müəssisənin fəaliyyət ...
|
 |
|
[20.10.2008] Hulusi Kılıç: "Türkiyə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qətnamələrinin icrası üçün əlindən gələni edəcək" |
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ölkəsinin BMT Təhlükəsizlik Şurasına (TŞ) müvəqqəti üzv seçilməsi ilə bağlı mətbuat konfransı keçirib.
APA-nın məlumatına görə, səfir Ankaranın müvəqqəti üzvlük üçün 5 il əvvəl müraciət etdiyini və bu müddət ərzində çox iş görüldüyünü bildirib: "Dünyada sülhün və təhlükəsizliyin çox böyük təhdidlərlə qarşı-qarşıya olduğu bir dövrdə Türkiyə...
|
 |
|
[20.10.2008] ABŞ-da erməni musiqiləri adı altında buraxılan diskə mütəxəssis rəyi bu həftə veriləcək |
Müəllif Hüquqları Agentliyi Nyu-Yorkda (ABŞ) "Tradisional Grossroad" şirkəti tərəfindən erməni musiqiləri adı altında buraxılan Azərbaycan musiqilərindən ibarət kompakt diski rəy vermək üçün Bakı Musiqi Akademiyasına təqdim edib. Agentliyinin hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin APA-ya verdiyi məlumata görə, disk Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən MHA-ya bu ilin avqustunda daxil olub. Bu həftə Bakı Musiqi Akademiyasınd...
|
 |
|
[19.10.2008] Moskvada azərbaycanlılarla ermənilər arasında dava olub |
Milis 20 nəfəri həbs edib
Rusiya Daxili İşlər İdarəsinin əməkdaşları Azərbaycan və Ermənistandan Moskvaya gəlmiş şəxslər arasında kütləvi davanın qarşısını alıb. «Rosbalt» informasiya agentliyinin yaydığı məlumata əsasən, şənbə günü (oktyabrın 18-də), Vinokurov küçəsindəki idman meydançalarından birində bir neçə azərbaycanlı və erməni arasında mübahisə yaranıb ki, nəticədə də hər iki tər<...
|
 |
|
[18.10.2008] Levon Ter-Petrosyan: "Serj Sarkisyan Qarabağı qurban verir" |
Ermənistan müxalifəti kütləvi etiraz aksiyalarını müvəqqəti dayandırmaq qərarına gəlib. APA-nın "Armtoday" saytına istinadən verdiyi məlumata görə, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bunu oktyabrın 17-də keçirilən mitinqdə bəyan edib. O, Qarabağin təhlükədə olduğunu vurğulayaraq tərəfdarlarını mitinqləri müvəqqəti olaraq dayandırmağa çağırıb. Sabiq prezidentin fikrincə, hakimiyyətin mövcud siyasəti Ermənistan...
|
 |
|
[18.10.2008] Rövşən Mustafayev erməni terrorizminə dair tədqiqatlarına görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub |
Bu gün professor Rövşən Mustafayev erməni terrorizmi haqqında Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və İsraildə müxtəlif dillərdə nəşr edilmiş 10-dan çox kitab və 100-dən çox məqalələrinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub. Bu barədə APA-ya AMEA-nın İnsan Hüquqları İnstitutundan məlumat verilib. Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ m...
|
 |
|
[18.10.2008] Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan 17 il ötür |
Bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 17-ci ildönümüdür.
APA-nın məlumatına görə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti müstəqillik haqqında Konstitusiya Aktını qəbul edib. Sənədə əsasən Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.
Konstitusiya Aktı siyasi-iqtisadi münasibətləri, təbii sərvətlərin xalqa mə...
|
 |
|
[13.10.2008] Fransanın Azərbaycandakı səfiri: "Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli şansları Gürcüstandakı münaqişədən əvvəlki dövrə nisbətən daha çoxdur" |
Fransanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin APA-ya müsahibəsi
- Cənab səfir, hazırda Avropa İttifaqına sədrlik edən Fransanın fəaliyyətinin prioritetləri hansılardır ?
- Fransa prezidenti Nikola Sarkozi əsas prioritetin Lissabon sazişinin ratifikasiyası prosesinin davam etdirilməsi olduğunu bəyan edib. Bu gün Avropa İttifaqına 27 üzv ölkədən 22-si sazişi ratifikasiya ediblər. Lissabon sazişi Avropa İttifaqının stabil qurumlarla v<...
|
 |
|
[13.10.2008] Heyki Talvitie: "Bu il Dağlıq Qarabağ münaqişəsinin həlli imkanları məhduddur" |
"Gürcüstanda baş verənlərin bölgədəki digər "dondurulmuş münaqişələr"ə necə təsir göstərəcəyinə dair ətraflı qiymətləndirmə aparmaq hələ tezdir". APA-nın məlumatına görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişələr üzrə xüsusi nümayəndəsi Heyki Talvitie deyib. O, bu il yalnız Dnestryanı münaqişənin həllində pozitiv inkişafın müşahidə olunduğunu bildirib...
|
 |
|
[13.10.2008] Ermənistanın «Armentel» və Türkiyənin «Turkish Telecom» şirkətləri əməkdaşlığa dair saziş imzalayacaq |
Ermənistanın «Armentel» şirkəti Türkiyədən İnternet trafiki almaq üçün oktyabr ayının sonuna qədər «Turkish Telecom» şirkəti ilə müqavilə imzalamağı planlaşdırır.
«APA-ECONOMICS»in Ermənistanın «Panorama» portalına istinadən verdiyi məlumata görə, bunu «Armentel»in baş direktoru Neyço Veliçkov bildirib.
N.Veliçkov bildirib ki, hər iki ölkədə Ermənistan və Türkiyədə bu şirkətlərə əməkdaşlıq qurmağa icazə verilib. Hazırda...
|
 |
|
[13.10.2008] Bakıda Azərbaycan və erməni xalqlarının dostluğunu tərənnüm edən tamaşa hazırlanıb |
Bu gün Musiqili Komediya Teatrında İrəvan Dövlət Dram Teatrı 127-ci teatr mövsümünün ilk premyerasını təqdim edəcək. İftixar Piriyevin pyesi əsasında xalq artisti Vaqif Əsədovun quruluş verdiyi "Körpü" tamaşasında Qafqaz xalqlarının dostluğu tərənnüm edilir.
İ. Piriyev APA-ya açıqlamasında "Körpü"nü Qafqaz teatrları şəbəkəsinin tamaşası kimi dəyərləndirib: "Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşaya Soro...
|
 |
|
[13.10.2008] Metyu Brayza: "Yaxın həftələr ərzində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkilinə ümid bəsləyirik" |
"Ümidvarıq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bişkek görüşündən sonra növbəti addım yaxın həftələr ərzində iki ölkənin dövlət başçısının görüşünün təşkili olacaq".
Bu açıqlamanı APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib. Ermənistan baş nazirinin son açıqlamalarını şərh edən Metyu Brayza bildirib ki, yalnız təmsil etdiyi dövlətin mövqeyini təsdiqləyə bilər: "M...
|
 |
|
[12.10.2008] «Azərbaycanda prezident seçkisindən sonra Dağlıq Qarabağ probleminə dair danışıqlar daha fəal mərhələyə keçəcək» |
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hesab edir ki, Dağlıq Qarabağın statusu həll edilsə, problem də həll edilmiş olacaq
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Dağlıq Qarabağ probleminin həllinə təkan verəcək əsas amil - Dağlıq Qarabağın statusudur ki, bu məsələ də Qarabağ camaatının öz iradəsini azad şəkildə nümayiş etdirməsindən sonra bəlli olacaq.
Bişkekdə Azərbaycanın xarici işlər...
|
 |
|
[11.10.2008] Erməni deputatın şirkəti Azərbaycanın nəzarətsiz qalmış Dağlıq Qarabağ ərazisi vasitəsilə Rusiya almazlarının qaçaqmalçılığı ilə məşğul olur |
2008-ci ilin avqustunda İsrailin Tel-Əviv şəhərinin Ben-Qurion aeroportunda gömrükdən içi xırda almazla dolu keys keçirmək istəyən Gürcüstan vətəndaşı Tengiz Kikinaşvili saxlanılıb.
T. Kikinaşvili yüklə bağlı heç bir sənəd təqdim edə bilməyib. Onun özünün qiymətləndirməsinə əsasən, qaçaqmalın dəyəri 200 min dollar olub, ancaq İsrail ekspertləri qeyri-leqal yükün dəyərinin 1 milyon dollardan çox olduğunu müəyyənləşdiri...
|
 |
|
[11.10.2008] Namiq Tan: "İsrail Knesseti qondarma "erməni soyqırımı"nı tanısa, Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq" |
"İsrail Knesseti qondarma "erməni soyqırımı"nı tanıyarsa, bu qərar Türkiyə-İsrail strateji münasibətlərinə ciddi zərbə vuracaq". APA-nın "Panarmenian"a istinadən yaydığı məlumata görə, bu bəyanatla Türkiyənin İsraildəki səfiri Namiq Tan çıxış edib. O, ABŞ və Fransada bu məsələnin müzakirəsindən sonra Ankaranın təxirə salınmadan öz səfirlərinin geri çağırdığını xatırladıb. Knesset deputatlarının bu məs...
|
 |
|
[09.10.2008] Rusiyalı politoloq: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında prioritet məsələ yüz minlərlə azərbaycanlı qaçqının öz yurdlarına dönməsi olmalıdır" |
"Dağlıq Qarabağda yüz illərlə onlara məxsus olan evlərini məcburi şəkildə tərk edən yüz minlərlə azərbaycanlı hazırda Azərbaycanın mərkəzi hissəsində çox pis vəziyyətdə yaşayır. Ermənistanda isə qaçqınlar yoxdur". APA-nın məlumatına görə, bu fikirləri politoloq, Rusiya ORT kanalının aparıcısı Maksim Şevçenko Bakı-Moskva telekörpüsündə çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ mü...
|
 |
|
[09.10.2008] Politoloq Aleksandr Karavayev: "Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil" |
"Dağlıq Qarabağ münaqişəsinin yaxın perspektivdə nizamlanması mümkün deyil". APA-nın məlumatına görə, bu fikirləri Moskva Dövlət Universitetinin postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsinə dair informasiya-analitik mərkəzinin siyasi proqnozlaşdırma xidmətinin rəhbəri Aleksandr Karavayev söyləyib. O, münaqişənin yalnız üç əsas faktorun nəzərə alınması halında mümkünlüyü vurğulayıb: "Birinci faktor danışıqlar formatının...
|
 |
|
[09.10.2008] Qoran Lenmarker: "Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə irəliləyiş baş verəcəyinə ümid edirəm" |
ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz və Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və ATƏT-in Minsk Qrupunun həmsədri Yuri Merzlyakovla görüş keçirib.
Q. Lenmarker APA-ya açıqlamasında bildirib ki, danışıqlarda Cənubi Osetiyadakı vəziyyət və bu münaqişənin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri müzakirə olunub. O, müzakirələrdən razı qaldığını söyləyib: ...
|
 |
|
[09.10.2008] Metyu Brayza: "ABŞ hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü nizamlanmanın əsas prinsipi olmalıdır" |
"ABŞ hesab edir ki, Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipi olmalıdır".
APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza BBC radiosunun Rus xidmətinə müsahibəsində deyib. "Biz hesab edirik ki, Azərbaycanın ərazi bütövlüyü prinsipindən başlamalıyıq, sonra isə danışıqları kompromis və çərçivə sazişinə çatdırmaq üçün digər prinsiplər əlav&...
|
 |
|
[08.10.2008] «Qafqazdakı vəziyyətdə İrəvan öz zəifliyini və həssaslığını başa düşür, buna görə də Qarabağ probleminin tezliklə həllini istəyir». |
Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rossiyskaya qazeta»ya müsahibəsində əmin edib ki, Qafqaz regionundakı problemlər, çətinliklə də olsa, tezliklə həll ediləcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rossiyskaya qazeta»ya müsahibə verib və Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri, ABŞ-ın vitse-prezidenti R.Çeyninin Bakı və Tiflisə səfərləri, Türkiyə prezidentinin İrəvana getməsi və ABŞ-da...
|
 |
|
[08.10.2008] Ermənistan sülhməramlıları İraqı vaxtından əvvəl tərk edib |
Bu, İraqda sülhməramlılara ehtiyacın azalması ilə izah olunur
Ermənistan sülhməramlıları İraqı vaxtından əvvəl tərk edib. 2005-ci ildən sülhməramlı əməliyyatlarda iştirak edən Ermənistan «mavi dəbilqəli»ləri İraqı 2009-cu ilin yanvarında tərk etməliydi. Məlumatı jurnalistlərə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Arşaluys Paytyan bildirib. Onun sözlərinə görə, İraqda sülhməramlılara ehtiyac a...
|
 |
|
<< =Geriyə;?> | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 | =;?> >> |