Sentyabrın 4-ü Tərtər rayonunda yerləşən hərbi hissələrin birindən daha iki şəhid xəbəri aldıq. Bu xəbərlər çoxlarımızda nə qədər şərəf, qürur, üzüntü, təəssüf kimi hisslər yaratsa da bir millət olaraq bu cür xəbərlərin arxasında dayanan həssas reallıqları görməyi və bu şəhidlərimizə sözün əsl mənasında sahib çıxmağı bacarmalıyıq. Bu həssas reallıqlar o fatehlərin başsız qalmış ailələri, övladları, yaxınları və s.dir.
Bu yazını yazmağa əsas verən həmin şəhidlərimizdən biri-Abdullayev Əhməd Hüseynağa oğlu ilə bağlı atılmış xeyirxah addım oldu. Məlumat üçün bildirək ki, ordumuzun mayor rütbəli şəhidi Əhməd Abdullayev 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda anadan olub. Kiçik yaşlarından hərb sənətinə həvəs göstərən Əhməd 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş, 1992-1996 Kuleli Askeri Lisesi`ndə, 1996-2000 Kara Harp Okulu`nda, 2000-2001 İzmir İstehkam Okulu`nda təhsil almışdır. Təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrində qutsal vəzifəsinə başlayan Əhməd Abdullayev 2010-cu il, 4 sentyabrda Tərtər sərhəd bölgəsində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Dərindən dərk edən insan üçün şəhadətlik şərəfdir və ən uca zirvədir, amma bu bizim həssas reallıqlarla üz-üzə qalmağımızın qarşısını ala bilmir. Belə ki, Əhməd Abdullayev evliydi və iki körpə övlad sahibiydi. O körpələr özlərini atasız hiss edə bilərlər, təəssüf ki, bu mənəvi görəvi tam təmin etmək bizlərin əlində deyil, amma o övladlar hiss etməlidirlər ki, sahibsiz deyillər. Atalarının uğruna canından keçdiyi bu millət və dövlət hər zaman onların yanındadı.
Yuxarıda qeyd etdiyimiz xeyirxah addıma gəlincə bildirək ki, Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesab açılmışdır. Biz də www.ramilsafarov.info saytı olaraq bu barədə məlumatı saytımızın istifadəçiləri ilə paylaşmağı özümüzə borc bildik. Bu məsələyə həssas yanaşan hər bir həmvətənimizə öncədən dərin minnətdarlığımızı bildiririk.
Bank hesabı:
Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X
Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881


