Azərbaycanca    |    English    |    Magyar    |    Deutsch    |    Български
2926 gün keçdi...
 
       
Ana səhifə  Ramil haqqında  Xəbərlər  Mövqe  Azərbaycan  Macarıstan  Erməni həqiqətləri  Keçidlər  Qonaq dəftəri
Faktlar
Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən (31.03.1993) Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni həkimi Aida Serobyan naməlum tərkibli iynələr vurub. Nəticədə Arzu Hacıyev ömürlük şikəst olub. A.Hacıyev 2003-cü ilin may ayında 10 yaşında vəfat edib.


Erməni terroru!








İşğal
Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
20 % - (17.000 km2)

Elan

Şəhid Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesabı

Bank hesabı:
Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X

Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881


RamilSafarov.info saytı erməni dilinə tərcümə olunur. Tərcümədə köməklik göstərə biləcək tanışlarınız varsa əlaqə yaratmağınızı xahiş edirik. Anonimliyik tam qorunacaq üzdəniraqların dili olduğuna görə. Məqsəd erməni həqiqətlərini məhz ermənilərə çatdırmaqdır. info@ramilsafarov.info




Mövqe
Zabitimiz haqqında qərəzli müsahibəni yayımlayan qəzet üzr istədi. Növbə "jurnalist" Ramid İbrahimov və "politoloq" Cümşüd Nuriyevdədir!!!

Ramil Səfərov haqqında deyilən fikirlərə görə təəssüflənirik

Qəzetimizin 13.09.2011-ci iltarixli sayında Ramid İbrahimovun Cümşüd Nuriyevlə müsahibəsi dərc olunmuğdu. Həmin müsahibədə Cümşüd Nuriyev Macarıstanda həbs olunaraq ömürlük məhkum edilmiş zabitimiz Ramil Səfərovla bağlı qeyri-adekvat fikirlər işlədib. Bu gün ramilsafarov.info saytından Şəbnəm Gülməmmədovanın imzası ilə bir məktub aldıq. Mərtubda bu müsahibəyə, ordakı fikirlərə münasibət bildirilib. Məktub müəllifi Ramid İbrahimova müraciətlə yazır:

«Əziz Ramid bəy, bir jurnalist olaraq bilməlisiniz ki, hansısa bir mövzuda məqalə ya müsahibə hazırlamamışdan öncə o hadisə barədə ən azı ümumi məlumat toplamaq lazımdı.

Sitat:   «5 il öncə ordumuzun Baş-leytenantı Ramil Səfərov Budapeştdə erməni zabitini yatdığı yerdə baltalayaraq öldürdü. Və Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.»   

Əziz   «Jurnalist»  , əvvəla bu hadisə 5 il yox, 7 il 7 ay öncə baş verib. Elə məqalənizin ilk cümlələri hadisə haqqında nə dərəcədə araşdırma aparmağınızdan və məlumatlı olmağınızdan xəbər verir. İkincisi normal düşüncəli insan olaraq bilməliydiniz ki, insan həbs olunan kimi ona ömürlük cəza verilə bilməz! Ən azı müəyyən istintaq, araşdırma və  məhkəmə prosessləri olur. Sənin əndrəbadi hesablamalarına görə isə Ramil 2006-cı ildə həbs olunub və ona elə həmin il də ömürlük azadlıqdan məhrum etmə cəzası kəsilib»  .

Müəllif daha sonra sual verir:   «Hadisənin hansı şəraitdə törədildiyinə, o zaman Qurgen Markaryanın hansı vəziyyətdə olduğuna necə belə əmin ola bilirsiniz? Əslində heç təəccüblənmirəm, bu iddianı da elə hadisənin baş vermə zamanı və müddəti kimi   «araşdırmısınız»  ....

Sitat:   «Hər iki hərbçimiz (Ş.G: Ramil və Mübariz nəzərdə tutulur) xalqdan lazımi sevgi və hörməti gördü. Biri məzara, digəri həbsxanaya şərəflə göndərildi. Əcaba, hər ikisi xalqın qəhrəmanı olmağı haqq etdilərmi? Bir-biri ilə tamamilə ziddiyyət təşkil edən bu iki situasiya və iki övlad eyni sevgi və rəğbəti görməlidirmi? Yaxud Ramil, yoxsa Mübariz gəncliyə örnək ola bilər?
Bu cür suallarla Qarabağ müharibəsi veteranı, Azərbaycanın müstəqilliyinə səs vermiş və onun ilk parlamentinin üzvü olmuş, politoloq Cümşüd Nuriyevə müraciət etdik. İlk sualımız da bu iki hərbçinin nə dərəcədə müqayisə oluna bilməsidir. »

 Milli qəhrəmanımız, igid Mübariz İbrahimovumuzla Ramil Səfərovu qarşı-qarşıya qoymaq cəhdinə heç bir şərh vermirəm. Bir xanım olaraq bunu KİŞİLİYİMƏ yaraşdırmıram.

Sitat:   «Ramil Səfərov xalqa başucalığı gətirmədi. Səfərovun etdiyi dırnaqarası   «qəhrəmanlıq»  dır.»   

Cənab Nuriyev, xalqın adından danışmaq hüququnu və şərəfini hardan almısınız? Ramilin törətdiyi hadisəylə bağlı qərar vermək üçün 4 ekspert, 12 mütəxəssis 2 il yarım işləyərkən, siz hadisə haqda ən adi məlumatları belə bilmədən necə belə rahatlıqla bu insanı ittiham edə bilirsiniz? Yoxsa o ekspertlərin və mütəxəssislərin əksəriyyəti kimi sizi də satın aldılar?    «Fəaliyyətinizi»   izləyən insan zaman-zaman alınıb-satıldığınızı rahatlıqla hiss edə bilər, amma   «əqidənizi»   region bazarınıza çıxardığınızı bilmirdim.. Müsahibəniz boyu Ramillə Mübarizi qarşı-qarşıya qoymusunuz. Onların hər ikisi bu millətin övladıdı, millətin övladlarını bir-birinə qarşı qoymaq cəsarətini hardan almısınız? 

Ramilin hərəkətini   «ağılsız qanunsuzluq»   adlandıran   «politoloq»  , sizin bu açıqlamalarınız nə dərəcədə ağıllıdır? Bununla Ramilə hansı mənəvi zərbə vura biləcəyinizin və Ramil barədə hər bir xırda məlumatı belə nəzərindən qaçırmayan, cəmiyyətimizdə Ramilə qarşı olan hər bir fikirlə Macarıstan tərəfinə təsir edən düşmən tərəfinə hansı imkanları verə biləcəyinizin fərqindəsinizmi? Sizi və sizin kimilərini Azərbaycan cəmiyyəti, Azərbaycan gəncliyi ciddi qəbul etməyə bilər və etmir də. Amma düşmən tərəf sizin kimilərdən olduqca səmərəli istifadə edir.

Müsahibədə daha sonra, Azərbaycan ordusuyla və mövcud hərbi sistemlə bağlı iddialar irəli sürmüsünüz. Bu bir Azərbaycan vətəndaşı olaraq sizin ən təbii haqqınızdı.

Amma xahiş olunur, cəmiyyətin və insanların hissləriylə oynamayın, bu nəinki sizə başucalığı gətirməz, hətta sizi qınaq və nifrət hədəfinə çevirə bilər»   .

  «Bizim Yol»  dan: Hörmətli Şəbnəm Gülməmmədovanın məktubu və ümumiyyətlə, bu məsələ ilə bağlı bildirmək istəyirik ki, Cümşüd Nuriyevin haqqında danışılan müsahibəsində Ramil Səfərovla bağlı fikirlərini redaksiyamız bölüşmür və bu fikirlərin dərcindən təəssüf hissi keçirir. Eyni zamanda jurnalistin sualının qoyuluşunda da yanlış yanaşma olduğunu etiraf edirik. Baş redaktor tərəfindən bu məsələ araşdırildıqda məlum oldu ki, əslində müsahibədəki həmin hissə, eləcə də, başlıq  və bir sıra başqa məqamlar redaktorlar tərəfindən elə redaktə zamanı ordan çıxarılsa da, lokal şəbəkədə yaranmış problem üzündən yazı köhnə variantda çapa gedib. Biz də Ramil Səfərovun haqqında Cümşüd Nuriyevin işlətdiyi ifadəyə etiraz edirik, hesab edirik ki, bu fikirlər haqsız və yersiz işlədilib. Ümumiyyətlə, belə bir şəxsin bu cür həssas məsələlərlə bağlı ekspert və müsahib kimi seçilməsi ciddi səhv olub və buna görə üzülürük. Bundan başqa o fikirlə də razılaşırıq ki, Ramil Səfərovla Mübariz İbrahimovu nəinki qarşı-qarşıya qoymaq olmaz, əslində onların hər ikisinə Azərbaycan xalqı eyni sevgi və rəğbət hissi ilə yanaşır və yanaşmalıdır, gənclərimiz də hər iki qəhrəman hərbçimizdən örnək götürməlidir.    «Bizim Yol»   redaksiyası olaraq Ramil haqqında belə yanlış və qeyri-adekvat fikirlərin qəzetimizdə dərc olumnasından təəssüflənirik, Ramil Səfərovdan və onun yaxınlarından üzr istəyirik! 

P.S: Ramil Səfərovun müdafiə saytı olaraq Ramid İbrahimovla Cümşüd Nuriyevin Azərbaycan xalqından, Ramil Səfərovdan və onu sevənlərdən üzr istəmələrini tələb edir və gözləyirik!


Şərhlər
    #17   Ad: IBRAHIM-BILESUVAR;   Ölkə: Azerbaycan;   E-mail: --- 16.02.2012 00:42
BULAQ GEREK ALTDAN QAYNASIN ADAMIN AGLI OLAR RAMILDE MUBARIZDE QEHRAMANDI CUMSUD NURIYEV AZERBAYCANIN AKADEMIKIDI NE BIR BIRIZI QIRIB KUCE SOZLERI ISLEDIRSIZ. BOYUK SEF DE DESE ADAM ASAGI BAXAR MUBARIZ RAMIL BU YOLU GEDIBLER OLAR QEHRAMANDI BES SIZ NESIZ? Evde ATA ANA MUQEDDESDI BOYUKLERIMIZDE ELE ALLAHIN QURANI DEYIR FAYDALI ISLER GORUN MUBARIZI ALLAH REHMET ELESIN RAMILINDE QAPISI ACILACAQ INSALLAH!!
    #16   Ad: Lale;   Ölkə: Azerbaycan;   E-mail: --- 22.12.2011 17:20
Sebnem kimdise,bacimizdi.o qezetin aciqlamalarina da inanmiram
    #15   Ad: HASRATOVA;   Ölkə: AZERBAYCAN;   E-mail: designer_lady@mail.ru 03.12.2011 22:58
IT HURER KARVAN KECER!! AMMA COX HEYFKI RAMIL KIMI OGUL hagginda bele bir adam (insan yox ) soz deyir bunun hec haggi catmir RAMILIN ADINI DILINE GETIRMEYE.
    #14   Ad: Qabil;   Ölkə: Azerbaycan;   E-mail: --- 05.11.2011 01:54
bu kimdi ala ramile soz deyir?
    #13   Ad: A.H;   Ölkə: Azerbaijan;   E-mail: --- 22.10.2011 19:45
It hurer karvan kecer!!!
    #12   Ad: Kanan Kananli;   Ölkə: Azerbaycan;   E-mail: kenan_rovsenoglu@mail.ru 06.10.2011 10:59
ALLAH MUBARIZ QARDAWIMIZA REHMET ETSIN MEKANI CENNET OLSUN...AMINNN...ALLAH YAXINLARINA SEBR VERSIN...IGIQ,OGLUMUZ RAMILE ALLAH TEZ BIR ZAMANDA QAPILARI ACSIN.O BIZIM FEXRIMIZDI.EWQ OLSUN ONU KIMI AZERBAYCANLI OGULLARINA,LANET OLSUN ONLARA IFTIRA ATANLARA,QARA YAXANLARA...ESL AZERBAYCAN OVLADI KIMI MEN TEMIZ AZERBAYCANLILARLA FEXR EDIREM...!!!
    #11   Ad: Känhövsälä;   Ölkə: Ärabäbil;   E-mail: --- 04.10.2011 17:15
Ayana.....Shärhlär niyä silinmälidi ki ? Bäyäm azerbaycan ädäbiyyatinda tula,kicik,aqilsiz kimi sözlär nä vaxdan söyüsh olub ki?Ciliz yazilmish müsahibä o boyda respublika säviyyäli qäzetdä cixia bilir?Ermäni diqalari o müsahibäyä shärhlär yazib öz respublikalarinda yazdirirlar,biz sadäcä shärh yazib öz fikirimizi bildirändä,"Yupkalar"önä kecir,balam xeyir ola? Azeri yazdiqi shärhdä hansi yalan vä ya söyüshlär var ki,Ayan adli"Yupka"xod gedir,särh pozdurur.Ayan cashma sän sähifäni sähv düshmüsän.Konistitutusiyaya gore demokratik olkeyik...sän ki, demokratiyanin nä olduqunu anlamirsansa burda camaata müällimlik etmä,otur evindä shorbani bishir,sändän xahish edib shärh yazdiran ya xahish edib oxutduran yoxdu,läzzät vermirsä kec bashqa sähifäyä,bu boyda qährämanliq göstärmish,ömrünün 8ci ilini bizim yolumuzda qoyan 1 qährämanin isiqina yiqilanlara torba tikmä, get bashqa saytlara.
    #10   Ad: Qaqa;   Ölkə: Almaniya;   E-mail: --- 04.10.2011 01:54
Ay tupoy Gümshidcik,säni Vaxtiyla adam edib kömrüyä väzifäyä qoyana,säni siyasätci bilib milli mäclisdä oturdana yaziqlar olsun.Dirnaq arasi bu qädär savad yiyäsi olasan,bu yasha catasan,müharibä göräsän,amma gözün görä görä özüvü söydüräsän? Bax gör sändän yashda nä qädär kiciklär verdiyin müsahibäyä,necä shärhlär yaziblar.Adam,säninkimilärin üstündä gäncliyinin 7ilini hazirda häbsdä yatir,allah qapisini acsin,bilmäy olmaz ki,ömrünün bu qizil caqlarinin hälä necä baharini qäribliydä häbsxanada keciräcäy,onun arxasinca sänin kimi kiciyin yazisi inan ki,äsl insani yandirmaya bilmäz.Äy Gümshüd hec utanirsan verdiyin müsahibäyä görä? O yazini yazan jurnalisti 6 ca ay qärib yerdä damlasaydilar aqili bashina gälärdi,ay balam,özüvü bu gänc zabitin älinä su tökmäyä yararli sayirsansa,elä häm Gümshüdä häm dä bu müsahibäni yazan jurnalistä müraciätlä deyiräm,kishiliyiniz catirsa,gedin o müqayisäni Ramilin özüylä,qazamatda edindäää.Axi här ikinizin puluniz vä ya savadiiniz olsa da, vallah hec birinizdä nä aqil nädä kishiliy,nä dä märifät gördüm.Yaxshi bu yasha catmish adamsiniz,indi dä olmadisa, siz nä vaxt aqila gäläcäysiniz? Hay hay...60 yashini haqlamish palitoloqun apardiqi müqayisäyä bax....
    #9   Ad: murad;   Ölkə: baku;   E-mail: murad_adiu1992@mail.ru 01.10.2011 01:45
uzr iste ala
    #8   Ad: Shebnem Gulmammadova;   Ölkə: Azerbaycan;   E-mail: info@ramilsafarov.info 29.09.2011 17:20
Ayan xanim, birincisi insanlara "veteshuven" demek ozu tehqirdi. Cumshud Nuriyev kimisine gore adam oz sade hemvetenlerine o sozu demez.
Ikincisi, menim fikirlerime ve hereketlerime zabitimizin munasibeti sizi narahat elemesin.
Uchuncusu yaxshi olar ki, tanimadiginiz birinin exlaqi, medeniyyeti ve insani munasibetleri haqda fikir yurutmeyesiniz. Onda Cumshud Nuriyevden hech bir ferqiniz olmaz.
Dorduncusu, hech bir arashdirma aparmadan, umumi melumat toplamadan savadsizcasina meqale yazan insana biz tereflerde jurnalist demirler, olsa-olsa "jurnalist" olur. Jurnalistciyez sozunde ise umumiyyetle tehqir motivi yoxdu, chunki dilimizin qrammatik qaydalarina gore "cik-ciyez" shekilchileri ezizleme ve kichiltme formasini bildirir :))
Elece de, onun-bunun sifarishi ile chixib muxtelif insanlari shantaj, tehqir etmekle meshgul olan insana politoloq demirler, hech dirnaqarasi "politoloq" da demirler, elelerine bashga shey deyirler, sadece men o sozu yazmamishdim.
Her halda teklifinize gore teshekkur edirem, amma menim de size bir meslehetim var: Mudafie etdiyiniz insanlarin kimliyini ve fealiyyetlerini arashdirmamish bu addimi atmayin.
Qaldi ki, milli dushunce yanashmasina: Milli dushuncemize gore adam iki kateqoriyadan olan insanin arxasinca danishmaz- mehkumun ve vefat etmish insanin. Bunu etmek nakishilikdi!Chunki onsuzda bilirsen ki, onlar sene cavab vermek imkaninda deyiller, cesaretin buna chatir ele?
Dediyim ve deyeceyim butun sozlerin arxasinda da dayanmisham. Umidvaram ki, siz de bunu nezere alarsiniz.
    #7   Ad: Ayan;   Ölkə: Azerbaycan;   E-mail: ayiller@gmail.com 27.09.2011 18:19
Eziz hemvetenler, siz dushunuyunuz qeder de bu bele deyil.

Birinci etik qaydalara riayet edin, en azindan ozunuze hormet etmek baximindan...

Konistitutusiyaya gore demokratik olkeyik... Siz burada ne gelir yazmisiniz, amma heç bilirsinizmi ki vetenperverlik kimise tehqir etmek deyil?
Bu çür yanaşma vetenşüvənlikdir!
Əgər vətənşüvən deyilsinizsə, buyurun Qarbağa o ermenəo da siz. Ora getməyə də bilərsiniz, təkçə Bakıda minlərlə erməni var, niyə onları təqhir etmirsiniz, öldürmürsünüz?
Hesab edirəm ki, təhqiramiz ifadələri siləsiniz, bu sevindirci olar və sizin yüksək səviyyənizin göstəricisi kimi dəyərləndililə bilər.

Şebnem xanim, siz R.Səfərovun adına sayıt açmısnız və o şəxsin adı ilə bağlı saytda kimisə təhqir etməyi, "politoloq" və "jurnalist", jurnalistciyez, "bəy" yazmağı məhum zabitimizin heç də ürəyincə olmaz məncə... Bəyanat verməyə haqqınız var, amma kimisə təhqir etmək əxlaq, mədəniyyət baxımından, insanı münasibət yanaşmasında normal qarşılanmır.
Azad söz demək olar amma belə deyil, sivil qaydada, o zaman siz ucalarsınız... Mən də bu yazıya təssüfləndim, amma Sizin arzuolunmaz bəyanatınız o yazıdan daha çox təssüfləndirdi, hesab edirəm ki, beyantda olan təhiramiz ifadələri çıxardasınız... Bu təklifdir.
Milli düşüncə yanaşması ilə yanaşsaq, xanım adına yaxşı deyil.
Əzizlərim umidavaram ki, təkliflərimiz həmvətəniniz olaraq nəzərə alarsınız...
    #6   Ad: Agamaliyev;   Ölkə: Azərbaycan;   E-mail: --- 24.09.2011 09:19
Cümşüd Nuriyev Ramilin Mübarizin etdiklərini anlamaq üçün gərək insanın qanında azda olsa AZƏRBAYCANLI qanı axsın və vətənə torpağa BAYRAĞA hörməti olsun....Boş-boş danışmaqdan vaxrin olsa Cingiz Mustafayevin çəkdiyi kadrlara vidiolara bax bəlkə onda anliyarsan nə danışdığını
    #5   Ad: huner;   Ölkə: AZERBAYCAN;   E-mail: --- 18.09.2011 12:25
Shebnem xanim yazi cox icden yazilib ureyimnen tikan cixdi lap.bele oturub yazmaga ne varki,ittiham etmeye ne varki.. bu orta esrlerin acig doyusu deyilki deyekki tekbetek qalib gelmeliydi bu "jurnalist" oz aglina uygun tapdigi politoloqcigazla mence eks seda dogurmaqcun ve ya reklam olunmagcun en aktual movzunu secibler ama qas duzeltdikleri yerde vurub goz cixardilar.taninmamag daha yaxsidi neinki uzune tupurulecek qeder taninmag!Sebnem xanima ugurlar!
    #4   Ad: Azeri Qizi;   Ölkə: Azerbaycan Baki;   E-mail: nata.azeri@mail.ru 16.09.2011 16:48
KULUMU QOYUM ELE INSANLARIN TEPELERINE PUL QELIRI ICIN ÌQÍD OQUL RAMIL SEFEROVUN ADINA QARA YAXIRLAR.BELE INSANLA OZ ANASINI VETENINI, GORUNU BELE SATARLAR!!! BUDA BIZIM MILLET!!!DOVLET BASI BES HARA BAXIR??????
    #3   Ad: Ağanatiq;   Ölkə: Azərbaycan;   E-mail: --- 15.09.2011 05:13
Cox teessufler
    #2   Ad: Elshad Mammadli;   Ölkə: Azerbaijan;   E-mail: --- 15.09.2011 01:07
Cumshud Nuriyev eslinde fikirlerine sherh verilesi adam deyil, amma umumilikde mesele ciddi olduguna gore bir-iki kelime demek istedim. Ramilin hereketini “huquq” ve s. noqteyi nezerinden qiymetlendirmek bezi psevdo-intellektual ve psevdo aristokratik dairelerde debdir indi ve Cumshud Niriyev ve hemin “jurnalist” de yeqin ozlerini o dairelere aid etmek isteyibler, yeni burda satginliq ve s. gormurem. “Yatan yerde vurub” ve ya “qehremanliq deyil” adi cinayetdir deyenlerin coxu rushvetle esgerlikden yayinanlardir, emin olun.
Menim sadece bir sualim var “onlara”:

Siz, ananizi ve bacinizi tehqir etmish birisini oldurmeye gedende onun yuxudan oyanmasini gozleyeceksiniz? Yoxsa siz umumiyyetle bele bir fikre dushmeyeceksiniz? …elbette, axi siz neandertal ya da cinayetkar deyilsiniz ki, “BIZIM” kimi, bele fikirlere dushesiniz. Ne olsun ki, sizin arvadiniza, qiziniza satashiblar, namusunuza, bayraginiza tecavuz ve tehqir edibler, bunun uchun polis var, prokurorluq var, gedib shikayet etmek lazimdi.

Yox qardash, shexsen men, namusuma toxunani dushmenim belleyer ve o ruh halimda onu oldurerem ve hech ferqi yoxdu o, o an yuxuda olacag ya oyaq.

Polis qardashlarimin da Allah canlarini sag elesin, mashinimdan maqnitofonumu ogurlasalar, onlara muraciet edecem tebii ki.

Yuxarida ana, baci, bayraq, millet deye bunlari eynileshdirmem tesadufi deyildi, menim uchun beledir. Amma milli qeyret hamida olmur teessuf ki, neyniyek, Ramilde, Mubarizde var… bezilerinde ise…

    #1   Ad: Elşad_İsmayil;   Ölkə: Azərbaycan;   E-mail: elsad_ismayil@hotmail.com 14.09.2011 22:30
Zabitimiz haqqında belə qərəzli danışan jurnalist və politoloqun "bir
parça çörək üçün hətta sahibinə belə hürən itdən heç bir fərqi
yoxdu!"
Şərh yaz
Adınız, Soyadınız *  
Ölkə *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  




Xəbərlər
Mövqe
Copyright (c) 2007-2011

About site. Banners.
Webmaster: Javanshir Huseynov.