Azərbaycanca    |    English    |    Magyar    |    Deutsch    |    Български
2926 gün keçdi...
 
       
Ana səhifə  Ramil haqqında  Xəbərlər  Mövqe  Azərbaycan  Macarıstan  Erməni həqiqətləri  Keçidlər  Qonaq dəftəri
Faktlar
25 oktyabr 1981-ci ildə ASALA parisdə türk konsulluğuna 1 nəfər karaulun ölümü ilə nəticələnən hücumda təqsirləndirilən ASALA liderlərindən biri Monte Melkonyanın azad edilməsi və təşkilatın digər 4 nəfər üzvu ilə yaxşi raftar olunmasi tələbilə 15 partlayis törətdi və 1982-ci ilin yanvarında Melkonyan azadliga buraxıldi, ASALA-nın 4 nafar üzvünə isa çox yüngül cəzalar verildi.


Erməni terroru!








İşğal
Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
20 % - (17.000 km2)

Elan

Şəhid Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesabı

Bank hesabı:
Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X

Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881


RamilSafarov.info saytı erməni dilinə tərcümə olunur. Tərcümədə köməklik göstərə biləcək tanışlarınız varsa əlaqə yaratmağınızı xahiş edirik. Anonimliyik tam qorunacaq üzdəniraqların dili olduğuna görə. Məqsəd erməni həqiqətlərini məhz ermənilərə çatdırmaqdır. info@ramilsafarov.info




Mövqe
RAMİL SƏFƏROV VƏTƏNƏ NƏ VAXT QAYIDACAQ?

Üzeyir Cəfərov: "Macarıstan qanunlarına görə, onun azad olunması və ya 30 ildən tez Azərbaycana ekstradisiya olunması mümkün deyil"

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən hərbiçi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov yaxın 20 il ərzində R.Səfərovun Azərbaycana qaytarılmasının mümkün olmadığını bildirdi:
"Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin indiki rəisi Ramiz Nəcəfovun ucbatından Ramil Səfərov bu gün həbsdə yatır. Düzdür ki, bu fikir bir qədər qəribə səslənə bilər ki, niyə Ramil Səfərov bu şəxsin günahı ucbatından həbsdə qalıb. Əvvəla Ramil Səfərov Türkiyədə təhsil almış Azərbaycanlı gənc zabitlərdən biri idi. Ramil Səfərovun Türkiyədən qayıtdıqdan sonra onun lazım olan vəzifəyə təyin etmək əvəzinə, Gədəbəyə göndərdilər. Bir müddət səngərdə qalandan sonra xatırladılar ki, bu adam Türkiyədə NATO məktəbində təhsil alıb. Bundan sonra onu Zığda yerləşən Heydər Əliyev adına Ali Hərbi Məktəbə gətirdilər. Ramil Səfərov sonra Azərbaycan zabitinin şərəfinin nə olduğunu bilən adam kimi, Macarıstana ikinci dərəcəli dil kurslarına göndərdilər. Dil kurslarına göndərildikdən sonra Markanyanın Azərbaycanın dövlət rəmzinə qarşı etdiyi təhqirə dözməyərək o, addımı atdı. Ramil Səfərov həbs olunanda çoxlu məmurlar və millət vəkilləri özlərini qabağa verib Ramilin adı ətrafında özlərinə bir imic formalaşdırmaq istəyirdilər. Lakin onların hamısı çox gözəl anlayırdı ki, Macarıstanın qanunlarına görə, onun azad olunması və ya 30 ildən tez Azərbaycana ekstradisiyası mümkün deyil. O çox istedadlı və savadlı bir zabit idi. Onun Macarıstana ingilis dili kurslarına göndərilməsi üçün heç bir zərurət yox idi. Çünki o, ingilis dilini çox gözəl bilirdi. Azərbaycan rəsmiləri çox gözəl bilirlər ki, Ramil Səfərov Azərbaycana ekstradisiya olunsa belə, Azərbaycanın ixtiyarı yoxdur ki, onu həbsdən azad etsin. Çünki Azərbaycan beynəlxalq təşkilatların üzvü olaraq, bəzi sənədlərə imza atıb. Ramil yalnız 30 il həbsdə yatandan sonra onun ömürlük həbs cəzası dəyişdirilə bilər. Bunu həmin millət vəkilləri də yaxşı bilirdilər. Əgər Azərbaycan onu ekstradisiya eləməyə cəhd etsə belə, ermənilər bütün dünyanı bir-birinə qatacaqlar ki, cinayət törətmiş bir şəxsi azərbaycanlılar ekstradisiya edir. Düşünmürəm ki, onu yaxın günlərdə Macarıstan hüquq mühafizə orqanları Azərbaycana təhvil versinlər. O hələ ən azından 10-15 il Macarıstanda həbsdə yatandan sonra bu məsələyə baxıla bilər."

Xəyal Şükür


Şərhlər
    #10   Ad: Azeri vuska;   Ölkə: Azerbaycan;   E-mail: --- 27.12.2011 19:00
Ramil senin kimi ogullar cox olsa Azerbaycan ireliye geder. Bu yeni ilde allah qapini acsin AMIN
    #9   Ad: NAZLI AYAZ;   Ölkə: SIBIR;   E-mail: ayaz@mail.ru 18.12.2011 04:47
QARDASIM SEBR EYLE.CIXACAN INSALLAH BUTUN DUALARIMIZ SENIN UCUN.SAG SALAMAT GEL QURBAN KESEREM.QEHREMENIMIZZZZZZZZZ.RAMIL SEFEROV GELEN QEDEMLERINE QURBAN OLARAM
    #8   Ad: Orucova gunel;   Ölkə: AZƏRBAYCAN;   E-mail: orucova.gunel@box.az 17.12.2011 17:05
Caaaaaaaaan insallah lap tezliklə bu xəbəri esidərik insallah.Qardasımızı sag-salamat vətənə qayıdar.Döğurdan da çoooooooooooooooooooooooooooooooox sevindim.Çünki mən özüm yazaram.Ramil mənim əsas qəhrəmanımdır.Ona aid bir çox şeirlər yazmısam ən əsası isə ona layiq
    #7   Ad: Nazim;   Ölkə: Azerbaycan;   E-mail: n.qasim@mail.ru 13.12.2011 21:53
Allah ozu seni qorusun qerib olkede.Inshallah her shey yaxshi olar.
    #6   Ad: eloglu;   Ölkə: azerbaycan;   E-mail: baku@mail.ru 12.12.2011 23:15
qardas sänä verilän höküm bizidä qälbän cox narahat edir. Biz seninle fexr edirik.sebirli ol qardasim!
    #5   Ad: Elcin Haciyev;   Ölkə: Azerbaycan;   E-mail: e.haciyevv@mail.ru 03.12.2011 23:25
Her birimiz gece gunduz, oturub durub Allaha dua edey ki, her shey yaxshi olsun. Ishallah uca Allahin komeyliyi ile en edaletli qerar chixar ve milli qehremanimiz vetenimize geri doner ve burda en layiqli vezifelerden birini tutar. Onunla her birimiz hedsiz fexrdiriy.
    #4   Ad: Huseynov Tariyel;   Ölkə: Azerbaycan;   E-mail: _holocaust_@mail.ru 29.09.2011 21:53
Salamlar.....Burdaki Cebrayillilardan kim Istese facebookda CEBRAYILIM Qrupuna qowula biler.....
    #3   Ad: Azeri Qizi;   Ölkə: Azerbaycan;   E-mail: --- 22.09.2011 21:06
Ozude soze baxe cinayet toredmis insan ONU DEYEN DILLER LAL OLSUN AMIN!!!!!!AZERBAYCAN VE TURK XALQINiN QEHRAMANIDIR RAMIL !!!
    #2   Ad: Azeri Qizi ;   Ölkə: Azerbaycan;   E-mail: nata.azeri@mail.ru 22.09.2011 20:55
Men nece Ramille ve yaxud aylesi ile elaqe saxlaya bilerem xais edirem komek olunda neolar. Eyer bir melumatiniz olsa nata.azeri@mail.ru ya ata bilersiz.indiden tesekurler!!!
    #1   Ad: Azeri Qizi ;   Ölkə: Azerbaycan;   E-mail: nata.azeri@mail.ru 22.09.2011 20:50
Yatin yatin qorum hacaxacan yatacaqsiz YUXARIDA Basta OTURANLAR!!!!!!!!!HELE BUNA QORE BU GUNDEYIK!HERSEYIMIZ ELDEN GEDIR YAVAS YAVAS TorpaqLARIMIZKIMI!!!neynek Allah Ramile ozu komek olacak yavas yavas insaallah .baska bir millet olsaidi qorun nece durardi oz milletinin dalind.adamin lap ureqi partlayir!!!
Şərh yaz
Adınız, Soyadınız *  
Ölkə *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  




Xəbərlər
Mövqe
Copyright (c) 2007-2011

About site. Banners.
Webmaster: Javanshir Huseynov.