Azərbaycanca    |    English    |    Magyar    |    Deutsch    |    Български
2926 gün keçdi...
 
       
Ana səhifə  Ramil haqqında  Xəbərlər  Mövqe  Azərbaycan  Macarıstan  Erməni həqiqətləri  Keçidlər  Qonaq dəftəri
Faktlar
1962-cı il təvəllüdlü Şəmkir rayon sakini Fikrət Həsən oğlu Hüseynov müntəzəm döyülmələr və işgəncələr nəticəsində 28 iyun 1993-cü il tarixdə erməni əsirliyində vəfat etmişdir. Əsirlikdən azad edilmiş Bəxtiyar İbrahim oğlu Tağıyev və Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın şahidləridir. Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı Fikrət Həsən oğlu Hüseynovda qabırğa sınıqları aşkar edilmişdir.


Erməni terroru!








İşğal
Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
20 % - (17.000 km2)

Elan

Şəhid Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesabı

Bank hesabı:
Benefisiar alan bank:
ADI: Beynəlxalqbank ASC Cəlilabad filialı
KODU: 805302
VÖEN: 9900001881
MÜXBİR HESAB: 0137010002944
SWIFT BİK: IBAZAZ2X

Vəsaiti alan:
ADI: Abdullayeva Ulduz Ramiz qızı
HESAB NÖMRƏSİ: 33801019443607228259
VÖEN: 9900001881


RamilSafarov.info saytı erməni dilinə tərcümə olunur. Tərcümədə köməklik göstərə biləcək tanışlarınız varsa əlaqə yaratmağınızı xahiş edirik. Anonimliyik tam qorunacaq üzdəniraqların dili olduğuna görə. Məqsəd erməni həqiqətlərini məhz ermənilərə çatdırmaqdır. info@ramilsafarov.info




Mövqe
“Ramil Səfərovun Azərbaycana qayıtmasına qısa müddətdə nail olacağımıza əminəm”

Macarıstanda yaşayan soydaşımız, Budapeştdə diaspor təşkilatının rəhbəri olan Ramiz Əmirli Azərbaycandadır. Fürsətdən istifadə edib R.Əmirli ilə görüşüb söhbət etdik.

- Ramiz müəllim, sizi bizlər və ictimai fəal adamlar tanısa da sadə oxucular haqqınızda məlumatlı deyil. Öncə özünüzü oxuculara təqdim etməyinizi istərdik.

- 1958-ci ildə Ağdamda anadan olmuşam. Atam həyatı boyu poçt sistemində çalışıb. Anam evdar qadın olub. Ağdamda orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurduqdan sonra Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişəm. 1984-cü ildə diplomumu aldıqdan sonra ailə qurub Macarıstana getmişəm. O vaxtdan orada yaşayıram.
 
- Maraqlıdır, 1984-cü ildə - SSRİ vaxtında Avropa ölkəsinə necə gedə bildiniz?

- Həyat yoldaşım macardır. 1976-78-ci illərdə hərbi xidmətdə Macarıstanda qulluq etmişəm. Orada tanış olmuşduq. 78-ci ildə Azərbaycana qayıtsam da onunla əlaqələrimiz kəsilmədi, məktublaşırdıq. Nəhayət, 1984-cü ildə onunla ailə həyatı qurduq. Toyumuz Bakıda oldu, ailə qurduqdan sonra köçüb Macarıstana getdik. Yoldaşım Macarıstan vətəndaşı olduğuna görə mənə orada yaşamaq hüququ verildi. Hələ də Azərbaycan vətəndaşıyam. Ölkə vətəndaşlığından çıxmaq istəməzdim. Çünki olduqca vətənpərvər insanam. İki oğlum var, hər ikisi ali təhsil alır. Böyük oğlum Rüstəm Əmirov yaradıcılıqla məşğuldur, bir kitabı da nəşr olunub.

- Macarıstanda özünüz nə işlə məşğul olursunuz?

- Ora yeni köçəndə dil problemim olduğu üçün ilkin olaraq zavodda fəhlə işinə başladım, bir qədər sonra briqadir vəzifəsinə qədər yüksəldim. 1989-cu ildə rus qoşunları Macarıstandan çıxarıldı və orada başqa vəziyyət yarandı. O vaxtdan ictimai fəaliyyətlə məşğul olmağa başlamışam. Hazırda Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin rəhbəriyəm. Eyni zamanda bizneslə məşğulam.

- Macarıstandakı diasporumuzu yetərli gücdə hesab edirsinizmi?

- Xeyr. Əvvəla, diaspor fəaliyyətinin güclü olması üçün ciddi maliyyə dəstəyi lazımdır. Macarıstanda az sayda ailə yaşayır, cəmi 15 ailə var. Diaspor fəaliyyətimiz güclü olmayıb, amma indi onu gücləndirmək istəyirik. Bunun üçün bir çox şərtlər yetişib. Macarıstanda hakimiyyətə gələn qüvvələrlə ötənlərdən çox yaxşı münasibətlərdə olmuşuq, hakim partiyanın bir çox üzvləri ilə dostluq əlaqələrimiz var. Bu da diaspor fəaliyyətimizin güclənməsinə təkan verəcək. Qısa müddətdə lobbimizin təsiri təkcə Macarıstanda deyil, ona yaxın olan ölkələrdə də hiss olunacaq. Əlbəttə, prezidentimiz İlham Əliyevin də apardığı uğurlu xarici siyasət Macarıstandakı diasporumuzun güclənməsinə ciddi təkan verir. Son vaxtlar hörmətli professorumuz, Rusiyada yaşayan iş adamı, əməkdar hüquqşünas İlham Rəhimov Macarıstanda bir çox işlər görür. Onun orada dövlət səviyyəsində görüşləri olub. Macarıstandakı səfirimiz Vilayət Quliyevin də fəaliyyəti ürəkaçandır. Bir sözlə, əlaqələrimiz günbəgün genişlənir. Bu yaxınlarda Macarıstanda Hun Günü oldu, orada Azərbaycanın da bayrağı dalğalanırdı. Vilayət Quliyev geniş nitq söylədi. Noyabrın 11-də Macarıstan prezidentinin Azərbaycana səfəri də olacaq. Bundan sonra münasibətlər daha da yaxşılaşacaq. Biz Macarıstandakı türk lobbi təkilatları ilə də sıx əlaqələr qurmuşuq, onlarla çalışırıq.

- Ümumiyyətlə, Macarıstanda Azərbaycana münasibət necədir?

- Çox yaxşı. Orada MDB ölkələri arasında ən gözəl münasibət Azərbaycan xalqınadır. Çünki macar xalqı bizimlə eyni soy-kökdəndir. Bir vaxtlar onları yanlış yönləndirmək istəyirdilər ki, macarlar finlərlə eyni kökdəndir. Lakin faktıdır ki, macarlar türk mənşəli xalqdır. Dillərimizdə 150-dək oxşar və ya eyni olan sözlər də var. Macar xalqı da bizim kimi tarixən faciələr yaşamış bir xalqdır, torpaqları işğala məruz qalan, ərazisi azala-azala gedən bir millətdir. Ona görə də onlar Azərbaycanı çox yaxşı anlayır. Qarabağ məsələsi ilə bağlı macar xalqı Azərbaycanın haqlı olduğunu bilir və bizi dəstəkləyirlər. Macarıstanda Azərbaycana münasibətdə ikili yanaşma qətiyyən hiss olunmur. 

- Dediniz ki, İlham Rəhimov Macarıstana səfərlər edir və bir çox işlər görür. Orada konkret hansı addımlar atılır?

- İlham Rəhimov Macarıstana iki ölkə arasında əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün gəlmişdi. Onun orada mühüm görüşləri oldu, orada biz də iştirak edirdik. İlham Rəhimov Macarıstanda həbsdə olan zabitimiz Ramil Səfərovun Azərbaycana ekstradasiyası üçün çalışır. Cənab prezidentin də bu işlərin aparılması barədə ətraflı məlumatı var və bildiyim qədər o da bu məsələ ilə bağlı bütün imkanlarından istifadə edir. Bununla bağlı çox ciddi səylər göstərilir və bunların artıq ilkin nəticəsi var. Yaxın zamanlarda İlham müəllimin Budapeştə növbəti səfəri gözlənilir. Hesab edirik ki, prezidentimizin uğurlu xarici siyasəti və İlham Rəhimovun gördüyü işlər nəticəsində Ramil Səfərov məsələsi qısa müddətdə həll ediləcək. Buna inanıram. Ramilin cəza evində durumu çox yaxşıdır, əhval-ruhiyyəsi yüksəkdir, daim mütaliə ilə məşğul olur, hazırda üçüncü kitabının üzərində işləyir. Mənimlə müəyyən vaxtlarda telefon əlaqəsi saxlayır və hər dəfə də salamlarını Azərbaycana çatdırmağı xahiş edir. Diaspor təşkilatı olaraq biz və səfirliyimizin sayəsində Ramil Səfərovun orada heç bir problemi yoxdur. Bakıya gələn gün Ramilin atasına da baş çəkdim, xeyli söhbət etdik.

- Məsələ ondadır ki, Ramil Səfərova həddən artıq ağır cəza verilib, hökm ədalətsiz olub. Macarıstan qanunlarına görə onun işinə yenidən baxıla bilərmi?

- Bəli, qanun buna imkan verir. Macarıstanın özünün bir çox hüquqşünasları da demişdilər ki, Ramil Səfərova qeyri-adekvat cəza verilib. Bu, güman ki, o zamankı hakimiyyətə erməni lobbisinin təsiri nəticəsində belə olmuşdu. İnşallah, belə getməz, ümid edirəm ki, İlham Rəhimovun başladığı iş öz nəticəsini verəcək. İlham müəllim  ekstradasiya ilə yanaşı Ramilin işinə yenidən baxılması üzərində də işləyir. Professorun əsas məqsədi buna nail olmaqdır.

- Azərbaycan hökuməti Macarıstanda diaspor fəaliyyətinin güclənməsi üçün sizinlə işləyirmi, əlaqələriniz nə səviyyədədir?

- Bəli, hər zaman hakimiyyətlə əlaqələrimiz olub. Mən hələ 1994-cü ildə məhrum prezident Heydər Əliyev Budapeşt sammitinə gələndə onunla görüşmüşdüm. O vaxt biz Macarıstanın nazirlərini, iş adamlarını prezidentlə görüşdürdük. Daha sonra ATƏT-in o zamankı sədri olan Macarıstanın xarici işlər nazirinin Azərbaycana səfərini təşkil etdik. Heydər Əliyevlə 1996-cı ildə də görüşdük, bizə dayaq olacağını bildirdi. Ardınca da çox gözəl söhbətlərimiz olmuş, münasibətlərimiz yaranmışdı. İndi də Azərbaycan rəhbərliyi ilə əlaqələrimiz davam edir. Əlbəttə, arzuolunandır ki, hakimiyyət diaspor fəaliyyətimizin güclənməsinə daha yaxından kömək etsin, çünki bu, ölkəmiz üçün çox vacibdir. Qarabağ boyda bir dərdimiz var.

- Bakıda olduğunuz müddətdə hansı görüşləriniz olub?

- Macarıstan səfirliyində görüş keçirmişəm. Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla, digər rəsmi şəxslərlə görüşəcəm. Macarıstanda sərmayə yatırmaq, iş görmək istəyən iş adamları ilə də görüşümüz nəzərdə tutulur. Macarıstan-Azərbaycan iqtisadi əlaqələrinin güclənməsi üçün əlimizdən gələni edirik. Soydaşlarımızın Macarıstanda, macarların Azərbaycanda iş qurmasına öz töhfəmizi vermək istəyirik.

Elşad MƏMMƏDLİ ("Müsavat" qəzeti)


Şərhlər
    #9   Ad: H.K;   Ölkə: Azerbaycan;   E-mail: inci_sladkaya_20@mail.ru 22.02.2012 15:57
bizim millet qeyretli milletdi.ramilde bunun isbatidi.butun xalq onu teleb eliyir.bir ermeni qederde olmadiq biz?niye bu qeder passivsiz?ne cetin iwdi ramili getirmek?sadece urekden istemek lazimdi bunu
    #8   Ad: DENIZ QARAYEVA;   Ölkə: BAKI;   E-mail: Deniz_qarayeva92@email.com 15.02.2012 01:37
ALLAH komeyiniz olsun.teki eziiyyetiniz yerde qalmasin.birce alinsin ve fexrimiz vetenine qayitsin.hemin gunu bayram ederik insallah.kimler hemin isle mesgul olursa ALLAH komeyi olsun.insallah bizde arzumuza cataq,RAMILI-vetende qarsilayaq.
    #7   Ad: Hidayet Sərdarov;   Ölkə: Azərbatcan;   E-mail: bossggi@mail.ru 19.12.2011 01:34
Halal olsun. Azərbaycan xalqının fəxrisən .Azərbaycan və bütün Türk dünyası səninlə fəxr eliyir.
    #6   Ad: TURAL TURAN;   Ölkə: CAN AZƏRBAYCAN;   E-mail: turalturan571@hotmail.com 12.12.2011 09:52
Salam Hörmətli Ramil qardaşım. Azərbaycan xalqı olaraq sənin arxanda lazımınca dayana bilmədik. SƏN bu işi xalq üçün görmüşdün_namus, qeyrət məsələsi idi... Amma indi bir təsəllin var- Öz intiqamını almısan! Allah sizi (sizin xilasınızla bizi də) dardan qurtarsın. Vətəndə görüşmək ümidi ilə...
    #5   Ad: Gülnar Kerimli;   Ölkə: Azerbaycan;   E-mail: --- 20.11.2011 20:43
Hörmetli Ramil qardaşim vetenden sene salamlar... Vetene döneceyin günü sebirsizlikle gözleyirem. İnşallah her şeye qadir olan merhemetli Allah senin yolunu açar. Aidiyyati qurumlardan çox çox xahiş edirem Ramil Seferovun Azerbaycana ekstadisiyasi ile ciddi meşgul olsunlar ve onu vetene qaytarsinlar. İnşallah Ramil qardaşım 2012 ci ili yeni ili Azerbaycanda ailesi ile azerbaycanlilarla bir yerde keçirer. Eziz Ramil qardaşim seninle eyni milletden olmağımla qürur duyuram. İnşallah tezlikle seni vetende görerik inşallah... Yaşasın Ramil Seferov.
    #4   Ad: Gülnar Kerimli;   Ölkə: Azerbaycan;   E-mail: --- 20.11.2011 20:29
Hötmetli Ramil Seferova vetenden salamlar... Eziz Ramil qardaşim seni tezlikle vetenden görmek isteyirem. İnşallah her şeye qadir olan merhemetli ALLAH senin yolunu açacaq. İnşallah 2012 çi ili sende vetende ailenle azerbaycanlilarla bir yerde keçirersen. Aidiyyati dövlet qurumlardan çox çox xahiş edirem Ramil Seferovu Azerbaycana ekstradisiya etsinler. Eziz Ramil qardaşim seninle eyni ölkenin vatandaşı olmaqdan qürur duyuram. Fexrimizi bizim inşallah her şey yaxşi olacaq.
    #3   Ad: Nadirzade Nihat;   Ölkə: Azerbaycan;   E-mail: nadirzade_nihat9@mail.ru 15.10.2011 18:24
Azərbaycan və bütün Türk dünyası səninlə fəxr eliyir və İnşallah Vətəninə sağ salamat qayıdarsan ...Amin
    #2   Ad: Chingiz;   Ölkə: Almaniya;   E-mail: --- 14.10.2011 00:44
Basimizi Eurovisionla zadla aldatmasinlar. Ramili getirsinler, deyek he bizim de dovletimiz var. Ishe prezident qarisibsa ciddi netice gozleyirik!
    #1   Ad: Azeri Qizi;   Ölkə: Azerbaycan;   E-mail: nata.azeri@mail.ru 13.10.2011 19:19
Insaalah ay allah yolunu acik elesin.ìsìn avand olsun amin.teki bele xos xeberlerin qelsin veten oqlu.çox sevindim.yolunu sebirsizliyle qozleyirik.allah ramile komek edenlerinde canin saq elesin!eyer bu mektubu oxuyursansa seni sevdiyimi,sеninlе quru duyduqumu bil.bu seyirimi beyendiyine umud edirem cunku senedi

Menim gunden gune ciceklesen Diyarim Vetenim olan Azeribaycan,Gor necede gozellsen.Bax gor helede cavan ve helede yarali qartlalsan.O ele bir yaraki esirlerle seni goyneden,Bizi her an muharibeye caqiran,Veten uqrunda oz canindan kecen Sehidlerimizin mezari uste Analar sacini yolub oxsayan,BiR gece yarisi alcaqcasina Milletimin qani tokulen min yara!Es ey kulek Qarabaqdan es.Ele eski men qurbetde sende ayri dustuyum yerden duyum Senin Senden ayri dusmus Torpaqlarimin etrini.Sende ey Xezerim cosma,Sakit oxsa tellerimi.Ele oxsaki Sene heyran qalim.Nece ki qaliram her Seninle yalnizliqimi bolusende!
Şərh yaz
Adınız, Soyadınız *  
Ölkə *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  




Xəbərlər
Mövqe
Copyright (c) 2007-2011

About site. Banners.
Webmaster: Javanshir Huseynov.