Ordumuzun zabitinin həbsinin və bizim böyük acizliyimizin 8-ci ili tamam oldu.
19.02.2004-cü il... 8 il öncə Azərbaycan,
Ermənistan və Macarıstan gözlənilməz bir xəbərlə silkələndi.
Ermənilərin
yüz illərdən bəri Azərbaycana qarşı olan ərazi iddialarının 88-ci ildən yenidən
alovlanması münaqişə, dəhşətli qırğınlar və insanlığa sığmayan hadisələrlə
müşayət olunmuşdu. Bundan ən çox zərər çəkənlər isə işğal olunmuş ərazilərin
sakinləri oldu. Bu qədər fiziki, psixoloji, mənəvi və maddi zərbələrin mənfi nəticələrindən
qaçmaq qeyri mümkündür və 8 il öncə bu mənfi nəticənin Avropaya qədər gedib
çıxması əslində nəinki Qafqaz, bütün dünya üçün bir siqnal olmalıydı.
Bu
gün Ermənistan cəmiyyətində potensial cahil provokatorlar ordusu yetişir. İllər
boyu terror təşkilatı ASALA-nın üzvü olmuş, Türkiyənin müxtəlif ölkələrindəki səfirlərinə,
onların ailələrinə qarşı sui-qəsdlər etmiş, Qarabağda qadın və uşaqları xüsusi
amansızlıqla qətlə yetirmiş terrorçulara abidələr quran, adına fondlar, məktəblər
yaradanlar bu gün 4cü sinif dərsliklərində " Ermənilərin müqəddəs məkanı Ararat
dağı dünyanın ən hündür dağıdır" yalanını uydurmaqdan belə çəkinmirlər. 60
yaşını haqlamış, Türkiyədə yaşayan erməni professor isə çıxıb efirdə "Durna
milli erməni quşudur" deməkdən utanmır. Təəssüflər olsun ki, bizə gülməli gələn
bu faktlar Erməni gəncliyinin təlim və tərbiyəsində əsas təbliğat vasitələridi.
Bunun nəticəsidir ki, xaricdə yaşayan azərbaycanlılar çox vaxt ucuz erməni
provakasiyalarıyla üzləşirlər. 8 il öncə isə bu cür yuyulmuş beyinə sahib olan
bir Erməni gəncin Azərbaycan hərbçisinin bayrağı, şəhidləri, əsir götürülmüş
qadınlarıyla bağlı etdiyi provakativ hərəkətlər, atmacalar birincinin ölümüylə
nəticələndi və bu hadisə Azərbaycan ordusunun böyük bir qurban verməsi bahasına
başa gəldi. Bu hadisənin ən gözəl təhlilini verən də elə Azərbaycan ordusunun
zabiti Ramil Səfərov özü oldu: "Mən, Qurgeni erməni olduğuna görə qətlə yetirsəydim
Azərbaycanda yaşayan on minlərlə ermənidən ya da Türkiyədə 10 il müddətində
yaşadığım dövrdə orada olan ermənilərdən başlayardım. Qurgeni millətimi,
bayrağımı və şəhidlərimi təhqir etdiyi üçün öldürmüşəm."
Adətən
bir insanın qətlə yetirilməsinə görə ömürlük həbs cəzasıyla cəzalandırılmaq
kimi bir qərar nadir hadisə olsa da, erməni diasporasının və dövlətinin Ramilə
qarşı nifrət və prinsipiallığı Avropa məhkəməsini belə bir qərar verməyə razı
sala bildi.
Bu
gün Ramil Səfərovun həbsindən tam 8 il keçsə də, onun haqqında çıxarılmış ədalətsiz
qərarın dəyişdirilməsi ya hər bir məhbusun təbii haqqı olan- həbs cəzasını öz
ölkəsində çəkmək hüququnun təmin edilməsi yolunda heç bir ciddi addım və irəliləyiş
yoxdur. Regionun lider dövləti olduğunu iddia edən Azərbaycan hələ ki, Ermənistan
dövləti və diasporasının prinsipiallığı qarşısında acizdir.
Azərbaycan
ordusu isə 4 hərbi məktəbdə təhsil almış, dünyanın ən güclü hərbi məktəblərindən
sayılan Kara Harb Okulunun məzunu olan, Kiprdə ölüm düşərgələrindən keçmiş
güclü bir zabitini itirib.
Ramilin
özünə gəldikdə isə, bu sınaqlarda ən layiqli formada davranan elə onu özü oldu.
Qürbət zindanda belə sınmayan, monoton həyatını zənginləşdirməyə çalışan, yeni
keyfiyyətlərini üzə çıxaran bu insan bizim azadlıqda edə bilmədiyimiz çox şeyi
etdi. O nəinki Macar dilindən Azərbaycan dilinə əsərlər tərcümə edən ilk şəxs
kimi, həm də bunu edən ilk azərbaycanlı hərbçi kimi tarixə düşdü. Zəncirlər bir
insanın əllərini, ayaqlarını qandallaya bilər, tikanlı divarlar insanı müəyyən
bir mühitdən məhrum edə bilər amma onun ruhunu, mənəviyyatını, dünyaya
baxışını, yaradıcılığını və hisslərini məhdudlaşdıra bilməz.
Bizə
bu dərsi verdiyin üçün çox sağol Ramil, BİZ SƏNİ SEVİRİK! Allah qapını açsın.
Amma
ümidimiz tək Allaha yox, həm də Azərbaycan dövlətinə və rəhbərliyinədir. Gec də
olsa gözləntilərimizin doğruldulacağı günü səbirsizliklə gözləyirik!
#8
Ad: Samirə;
Ölkə: AZƏRBAYCAN;
E-mail: --- |
02.04.2012 22:42 |
|
Dualarımız səninlədir. Allah köməyin olsun. Biz səninlə fəxr edirik. |
|
|
|
|
#7
Ad: Gülnar Kerimli;
Ölkə: Azerbaycan;
E-mail: --- |
11.03.2012 02:46 |
|
Eziz qardaşım Ramil ALLAH seni qorusun qapını açsın seni vetenine ve seni seni sevenlere qovuşdursun dualarım seninledi... Seninle fexr edirem seninle eyni milletden olduğuma göre fexr edirem... Sen esl qeyretli igid Azeri oğlusan qelblerimizin qehremanısan... Yaşasın igidimiz Ramil Seferov!!! |
|
|
|
|
#6
Ad: Fedail Ruhullayev;
Ölkə: Azerbaycan;
E-mail: fefe_82@inbox.ru |
28.02.2012 14:23 |
|
ALLAH SENIN YOLUNU ACIQ ELESIN ! INAN QARDASIM RAMIN SENINKIMI SEREFLI NAMUSLU VETENPERVER BIR NECE INSAN OLSA BIZE QARABAGI ALMAGA BIR NECE GUN YETER! |
|
|
|
|
#5
Ad: Fedail Ruhullayev;
Ölkə: Azerbaycan;
E-mail: fefe_82@inbox.ru |
28.02.2012 14:19 |
|
Ramil insallah bir gun eler sende bu dogma vetene oz ayaqlarini basarsan onda bilersen ki buqudretli ALLAHIN merhemetidir seninle fexr edirem ! |
|
|
|
|
#4
Ad: Nurlan shirinov;
Ölkə: Azerbaycan;
E-mail: shirinov_nurlan@mail.ru |
26.02.2012 18:19 |
|
Seninle fexr edirik qardash. amma teessufler olsunki biz sade insanlarin elinde deyil seni vetene ekstradasiya etmek.cox isterdikki sende yeniden olkene donesen. |
|
|
|
|
#3
Ad: Nigar Azeri;
Ölkə: Odlar Yurdu ;
E-mail: azeri-nigar@mail.ru |
24.02.2012 18:33 |
|
Salam olsun esl Azerbaycan ogluna. Biz seninlä fexr edirik. Bir Azeri xanimi kimi RAMIL SEFEROV kimi bir wexsiyyetlä eyni Vetenin övladi oldugum ücün qürur duyuram. Men AZERBAYCANI sevmäyi sendän öyrändim. ULU TANRI kömäyin olsun QARDAWIM |
|
|
|
|
#2
Ad: Rovshane Memmedova;
Ölkə: Azerbaycan;
E-mail: siman75@mail.ru |
23.02.2012 18:45 |
|
Biz seninle fexr edirik,Ramil!!! |
|
|
|
|
#1
Ad: Rovshane Memmedova;
Ölkə: Azerbaycan;
E-mail: siman75@mail.ru |
23.02.2012 18:43 |
|
Meqalede yazilanlarla tam sherikem.Ve helede umid edirem ki,tezlikle Ramil qardashimiz cox sevdiyi vetenine qovushacaq.Biz seninle fexr edirik,R |
|
|
|
|
|
|