|
| |||||||||||
|
Ana səhifə
| ||||||||||||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
| Xankəndi | (26.12.1991) |
| Xocalı | (26.02.1992) |
| Şuşa | (08.05.1992) |
| Laçın | (17.05.1992) |
| Xocavənd | (02.10.1992) |
| Kəlbəcər | (3-4.04.1993) |
| Ağdərə | (07.07.1993) |
| Ağdam | (23.07.1993) |
| Cəbrayıl | (23.08.1993) |
| Füzuli | (23.08.1993) |
| Qubadlı | (31.08.1993) |
| Zəngilan | (30.10.1993) |
| 20 % - (17.000 km2) | |
| Elan |
|
Şəhid Əhməd Abdullayevin ailəsinə yardım məqsədilə bankda hesabı
Bank hesabı:
RamilSafarov.info saytı erməni dilinə tərcümə olunur. Tərcümədə köməklik göstərə biləcək tanışlarınız varsa əlaqə yaratmağınızı xahiş edirik. Anonimliyik tam qorunacaq üzdəniraqların dili olduğuna görə. Məqsəd erməni həqiqətlərini məhz ermənilərə çatdırmaqdır. info@ramilsafarov.info |
1988-ci ildən 1993-cü ilə qədər ermənilərin törətdikləri vəhşilikləri, tökdükləri qanı Ramil öz gözləri ilə görüb. Çünki həmin illər onun yeniyetməlik çağlarına təsadüf edir. O vaxtları atası Sahib bəy Cəbrayıl rayonunun mərkəzindəki xəstəxanada baş həkimin təsərrüfat işləri üzrə müavini, anası Nübar xanım cərrahiyyə şöbəsində işləyib. Ərazi ermənilər tərəfindən daim atəşə tutulduğundan Ramil gününün çox hissəsini valideynlərinin yanında keçirməli olub. Qolu-başı kəsikləri, gözləri çıxarılanları öz gözləriylə görüb. Elə vaxt olurmuş ki, hətta gün ərzində xəstəxanaya on beş-iyirmi meyit, iyirmi-otuz yaralı gətirilirmiş. Bunlar hamısı Ramilin beyninə, canına, qanına hopub və təbii ki, 15-16 yaşlı yeniyetmənin psixoloqiyasına təsir göstərib. Hətta bu gün belə aradan 15 il vaxt ötsə də, Ramilin elə qohumları var ki, onların nə ölüsündən, nə də dirisindən xəbər yoxdur.
İlk gündən etibarən Markaryan tədbirdə iştirak edən azərbaycanlılarla maraqlanmağa başlamışdı. Məqsədi həmin zabitlərin ermənilər tərəfindən işğal olunmuş ərazilərdən olduğunu öyrənmək olub. Ramilin Cəbrayıldan olduğunu biləndə onu qıcıqlandırmağa başlayıb.
Hadisə fevralın 19-da Xocalı faciəsinin ildönümünə bir neçə gün qalmış baş verib. Belə ki, Markaryan Ramilin olduğu yerlərdə nümayişkəranə şəkildə deyirmiş ki, azərbaycanlılar bir neçə gündən sonra ən sevimli bayramları olan "Xocalı bayramını" qeyd edəcəklər. Hətta Ramilin özünü bu münasibətlə "təbrik" də edib. Bütün bunlar da təbii ki, bir azərbaycanlı oğlu kimi Ramilin heysiyyatına toxunub.
Hələ H.Əliyev adına Ali Hərbi Komandirlər məktəbində zabit kimi çalışdığı zaman kursantlar arasında yazılı anket sorğusu keçirilibmiş. Anketdə belə bir sual da varmış: "Hərbi məktəbdə nümunəvilik baxımından hansı zabitə bənzəmək istərdiniz?" Sorğuda iştirak edən kursantların 90 %-i "Ramil Səfərov" yazıblar. Azərbaycan ordusunun bu cür nümunəvi, savadlı zabitinə isə illərini həsxanada keçirmək yaraşmır.
H.Əliyev adına AHKM-ın kollektivi Ramilin xüsusiyyəti, davranışı, bilik səviyyəsi ilə digərlərindən fərqli zabit olduğunu söyləyiblər.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
||||
![]() |
![]() |
![]() |
![]() |
![]() |
||||